Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

TƏBİB-in Şamaxı həkim komissiyası xəstəni iflic edib -ŞİKAYƏT

Şamaxı və Ağsu  Həkim Məsləhət Komissiyası yataq xəstəsini feldşerə yoxlatdırıb

Komissiya beyin iflicindən anlaqsız olan şəxsi yerində müayinədən imtina edir

 Xərəkdə Şamaxıya aparılan xəstəni orda müayinə etməyə, hətta maşından düşməyə belə İslam adlı “məsləhətçi qəssab” (beləsinə həkim demək haramdır) imkan verməyib

Bu iddialar Ağsu rayonu, Pirhəsənli kənd sakini, 63 yaşlı Xasayev Samir Alxan oğlu ilə bağlı Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır:

Ağsu rayonu, Pirhəsənli kənd sakini, 63 yaşlı Xasayev Samir Alxan oğlu 10 ildən çoxdur ağır şəkər, hipertoniya, Parkinson xəstəsdir, yeriyə, danışa bilmir. İl yarım qabaq həkim sayğısızlığından, baxımsızlıqdan komaya düşəndə xəstənin ailə üzvlərinə TƏBİB-dən zəng edib, Ağsu RMX və Şamaxı RMX-ya tapşırıq verildiyini  deyiblər. Ağsu ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) vermək üçün sənədləri Şamaxı Həkim Məsləhət Komissiyasına (HMK) göndərsə də, Şamaxı HMK komada olan xəstəni yerində yoxlamadan imtina edib. Xərəkdə Şamaxıya aparılan xəstəni orda müayinə etməyə, hətta maşından düşməyə belə İslam adlı “məsləhətçi qəssab (beləsinə həkim demək haramdır) imkan verməyib. Beləcə 1 ildən çoxdur, xəstə ölüm-dirim savaşında, Ağsu və Şamaxı RMX özbaşına kef-damaqda. Və...

27.09.2025-ci ildə xəstənin durumu elə kritik həddə çatır ki, yenidən komaya düşür. 3 aydır tələb olunsa da, yenə də sənədləri DTSERA-ya göndərilməyib. Həkim sayğısızlığından , baxımsızlığından xəstə artıq beyin iflici keçirib, anlaqsız durumdadır. Amma Şamaxı HMK yenə də özbaşınalığından əl çəkmir. Ağsu RMX bütün məlumatları sistemə vursa da, Şamaxı HMK xəstənin videogörüntülərini tələb edib (?) Xəstənin oğlu videogörüntünü göndərəndə isə , 3 dəqiqənin uzun olduğunu, bir dəqiqəlik görüntü tələb edilib. (?) Özbaşınalığa baxın, vəzifələrini icra edib, xəstəni 30 kilometrlik məsafədə gəlib yoluxmurlar, 3 dəqidəlik görüntünün uzun olduğunu bəhanə edirlər. Belə həkim xidməti, məsləhət xidməti olar?

Prezidentə, 1-ci vitse-prezidentə, ali dövlət hakimiyyəti, hüquq-mühafizə orqanlarına, ombudsmana, tibbi qurumlara müraciət edən xəstənin doğmaları Şamaxı HMK-nın özbaşınalığına qiymət veriləcəyinə ümidlidirlər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam