Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Şamaxı və Ağsu TƏBİB-(lər)i  xəstəni yenidən  komaya salıb -10 ilin şəkər, ürək, “Parkinson” xəstəsinə icbari tibb(siz) sığorta “qayğısı”

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor TƏYİNATI

TƏBİB-in Ağsu və Şamaxı birliklərinin baxımsızlığından, xəstəni yox, ciblərini güdmələrindən xəstə komaya düşüb

Bu iddia Yenixeber.org- daxil olmuş şikayətdə yer alır:

 10 ildən çoxdur ağır şəkər, hipertoniy, ürək, Parkinson xəstəsi , Ağsu rayonu, Pirhəsənli kənd sakini Samir Xasayevin sağlamlıq durumu yenidən kritik həddə çatıb, xəstə dörd gündür komaya düşüb. Hamısı da TƏBİB-in Ağsu və Şamaxı birliklərinin baxımsızlığından, xəstəni yox, ciblərini güdmələrindən. Xəstəni keçən il ağır durumda- xərəkdə Şamaxı RMX-ya həkim komissiyasına aparan ailə üzvləri orada İslam adlı “ekspertin” özbaşınalığı ilə üzləşib. Xərəkdə inləyən xəstəyə baxmadan İslam “həkim” (dırnaq işarəsi mütləqdir, çünki həkim xəstəyə baxandır, bunlar isə baxmaqdan belə imtina edir) ƏƏSMN-ə forma-88 göndərməkdən imtina edib ki, 180-200 arası qan təzyiqi, ağır şəkərdən qıçları, gözləri tutulan “Parkinson” xəstəsində əlillik əlamətləri yoxdur!(??) Bir ildən çoxdur xəstənin ailə üzvləri TƏBİB-i ailə başçısının ağır durumuna diqqət etməyə yönəldə bilmir. Bu da sonuc, xəstə yenidən ağır durumda – komadadır. Ağsu RMX 4 gündür onu həyata qaytarmağa çalışır. Amma baxımsızlıq, vaxtlı-vaxtında dərmanların verilməməsi insanları ölümə sürükləyir. Təsəvvür edin, xəstənin  doğmaları komada olan ailə başçısının durumundan hüquq orqanlarına, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, İTS DA-ya (İcbari TİBBSİZ Sığorta Dövlət Agentliyi) təcili tədbir görülməsinə müraciət edib, İTS anında  TƏBİB-ə müraciət etməyi məsləhət görüb.(?). Bəyəm özü TƏBİB-ə müraciət edə bilməz? Elə belə “diqqət”in, tibbi xidmət özbaşınalığının nəticəsidir ki, xəstələr komaya düşür, ölümə tərk edilirlər. “Ekspert məsləhətçilər” isə xəstənin yox, ciblərinin qayğısına qalır.

Ümid edirik ki, ali dövlət hakimiyyəti orqanları xəstənin həyatda qalması üçün diqqətini əsirgəməz.

PİR HƏSƏNLİ

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam