Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

“The Place Baku” olduğu kimi...:Qanundan kənar gecə həyatı və cəmiyyət üçün təhlükəli qapalı sistem

Son illər Bakının gecə həyatında tez-tez adı çəkilən “The Place Baku” ətrafında ciddi narahatlıqlar yaranıb. Məkan adi əyləncə ünvanı olmaqdan çıxaraq, qanunvericiliyin tələblərinə zidd fəaliyyət göstərən, ictimai asayişə və milli-mənəvi dəyərlərə təhlükə yaradan qapalı sistem kimi təqdim olunur.
Yenixeber.org: İddialara görə, məkanda maliyyə dövriyyəsi rəsmi uçotdan kənar aparılır, ödənişlər kassaya vurulmur, kartdan-karta köçürmələrlə gizlədilir. Bu, təkcə vergi pozuntusu deyil, həm də hüquqi dövlət prinsipinə açıq meydan oxumaqdır. Uzun müddətdir davam edən bu mexanizmin hansı himayə ilə işlədiyi isə cavabsız qalır.
Pandemiya dövründə ölkə üzrə sərt məhdudiyyətlər tətbiq olunduğu halda, “The Place Baku”nun gecəyarısından sonra fəaliyyətini davam etdirməsi cəmiyyətə və qanuna açıq hörmətsizlik kimi qiymətləndirilir.
Məkanın qapalı fəaliyyət modeli — yalnız “tanışlar” və “köhnə müştərilərin” buraxılması - mümkün qanunsuzluqların gizlədilməsi ehtimalını artırır. Burada gənclər üçün zərərli vərdişlərin təşviqi, nəzarətsiz xidmətlər və “hər cür xidmətin” mövcudluğu ilə bağlı iddialar artıq ciddi hüquqi araşdırma tələb edən təhlükəli siqnallardır.
Ən narahatedici məqamlardan biri də qida təhlükəsizliyi ilə bağlıdır. Mənşəyi məlum olmayan qidaların gecə saatlarında təqdim edilməsi, sanitar normalara əməl olunub-olunmaması ilə bağlı ciddi suallar doğurur və istehlakçıların sağlamlığını risk altına qoyur.
Məsələyə Bakı Şəhər Polisi, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumların kompleks və prinsipial yanaşması zəruridir. Çünki söhbət təkcə bir məkandan deyil, yüzlərlə gəncin gələcəyinə təsir edən sistemli təhlükədən gedir.
Cəmiyyət susduqca bu cür mühitlər daha da cəsarətlənir. “The Place Baku” ətrafında səslənən iddiaların obyektiv araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması həm hüquqi ədalət, həm də ictimai vicdan baxımından mühüm əhəmiyyət daşıyır.(Azerbaycanreallığı)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam