Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Aristokrat” klinikasında QALMAQAL -VİDEO

“Aristokrat” klinikasında QALMAQAL (VİDEO)

Qaynar xəttimizə daxil olan şikayətlərə görə, Nərimanov rayonunda yerləşən “Aristokrat” Tibb Mərkəzində tibbi təhsili olmayan stomatoloqlar işləyirlər.

Yenixeber.org: Kanalın əməkdaşları sözügedən həkimlərin – Sadiq Şükürov və Araz Məmmədzadənin qəbuluna yazılaraq, məsələni aydınlaşdırmağa çalışıblar. Məlum olub ki, həmin şəxslər heç bir məhdudiyyət olmadan həkim kimi fəaliyyət göstərirlər.

Daha sonra “Aristokrat” Tibb Mərkəzinin mətbuat katibi Aqil Qarayev məsələ ilə bağlı açıqlama verib.

“Araz Məmmədzadə mərkəzdə ortopedik stomatoloq kimi çalışır və bu sahə üzrə müvafiq təhsil, eləcə də ixtisas sənədlərinə malikdir. Sadiq Şükürov isə burada diş texniki kimi fəaliyyət göstərir və pasiyentlərə tibbi müdaxilə etmir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən sözügedən həkimlərlə bağlı faktlar ciddi araşdırılacaq və ictimaiyyətə bu barədə məlumat veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam