Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sənədsiz Ev Sahiblərinin Çarəsizliyi:Qaz Çəkilişində Rüşvət İddiaları

 

Ölkənin müxtəlif bölgələrində sənədsiz tikililərin qazlaşdırılması ilə bağlı narazılıqlar son aylarda daha da artıb. Rəsmi qaydalara əsasən, yaşayış evinə qaz çəkilişi üçün mülkiyyət sənədi, texniki şərt və digər hüquqi sənədlər tələb olunur.
Yenixeber.org: Lakin sənədləşmə prosesinin illərlə uzanması, bəzi ərazilərin hələ də dövlət reyestrinə salınmaması minlərlə ailəni çıxılmaz vəziyyətdə qoyub. Bu boşluq isə müxtəlif vasitəçilər və qeyri-rəsmi şəxslər üçün geniş rüşvət mexanizmi yaradıb.
      “Sənəd yoxdur? Xüsusi yol tapılar…”
Uzun illər ərzində minlərlə ev tikilib, lakin torpaq və mülkiyyət sənədləri verilməyib.Sənədlərin verilməsi, ərazilərin inventarlaşdırılması və reyestrə salınmasının uzanması qeyri-rəsmi müdaxilələrə şərait yaradır. Bu isə rəsmi qazlaşdırmanın qarşısında əsas maneədir. Mediatv.az-ın araşdırması zamanı bir çox sakinlər iddia edir ki, sənədsiz evlərinə qaz çəkdirmək üçün rəsmi prosedurdan keçmək mümkün olmadığından qeyri-rəsmi ödənişlərlə qaz çəkdirmək mümkündür. Sakinlərin sözlərinə görə, “vasitəçilər” adlandırılan şəxslər  birbaşa qaz xəttinin çəkilməsi üçün müxtəlif məbləğlər tələb edirlər.Belə hallar daha çox şəhərətrafı massivlərdə və son illər sürətlə genişlənən yeni yaşayış sahələrində müşahidə olunur.Demək olar ki,Bakının və Abşeron rayonunun əksər ərazilərində istənilən vaxt "müəyyən maraqlar daxilində"qaz çəkilişi aparmaq olar.
   Sakinlər çıxış yolu gözləyir
Bu gün minlərlə ailə qış aylarında qazsız qalmaq təhlükəsi ilə yenə də üz-üzədir.Yada ki 1500-3000 civarında qeyri-rəsmi ödəniş edib yaşadıqları evə qaz çəkdirməlidir. Onlar həm hüquqi sənədləşmənin sadələşdirilməsini, həm də rüşvət mexanizmlərinə şərait yaradan boşluqların aradan qaldırılmasını tələb edirlər.
Açıq qalır əsas sual: Sənədsiz evlərin illərlə davam edən status problemi nə vaxt tam həll olunacaq və qaz kimi ən əsas ehtiyacın təminatı üçün sakinlər nə qədər daha gözləməli olacaqlar?(
Mediatv.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam