Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

"SOCAR AQS" İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB? -Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş   “SOCAR-AQŞ” MMC-nin həbsdə olan keçmiş rəhbəri Ramin İsayevin apellyasiya şikayətinə baxılır.

Qeyd edək ki, çoxsaylı iqtisadi cinayətlərdə ittiham olunan Ramin İsayevin birinci instansiya məhkəməsində onun  qardaşı Rafiq İsayevin də qanunsuz əməlləri gündəmə gəlsə də nədənsə o həbs edilmədi.

Yenixeber.org: Qeyd edək ki, bu barədə mediada da  çoxsaylı məlumatlar yayılıb.Ramin İsayevin Apellyasiya Məhkəməsinə çıxdığı məqamda onun digər qardaşları – Rafiq və Məhərrəm İsayevlərin də qanunsuz əməlləri barədə yeni faktlar üzə çıxıb.

Məlum olub ki, Ramin İsayevin “SOCAR-AQŞ” MMC-yə rəhbərlik etdiyi dövrdə onun özü və qardaşları qanunsuz yollarla varlanıb.

Yayılan məlumatlarda bildirilir ki, Rafiq İsayev öz  evində xadiməçi kimi  işlətdiyi  Ulduzə İsmayılovanın  adına “Manitou” markalı avtoyükləyici alıb və onu  icarəyə verirmiş.

Xadimənin adına açılan bank hesabına icarə pulundan hər ay daxil olan 4600 manatdan isə ona maaş kimi 600 manat ödənirmiş.

Beləliklə, Rafiq İsayev “bir güllə ilə iki dovşan  vururmuş”.

Həm evində xadiməçi işlədir, həm də  onun adıyla pul qazanır və qazanılan puldan da 600 manat ona  maaş ödəyir.

Onu da qeyd edək ki, Ulduzə İsmayılova şəhid xanımıdır.

Bu faktlar hələ ibtidadi istintaq dövründə təsdiqini tapıb. Ancaq nədənsə, Rafiq İsayev məsuliyyətdən yayına bilib.

Məlumatda o da deyilir ki,  Rafiq İsayev  qardaşı Ramin İsayevlə alınan texnikalar üzərindən də  külli miqdarda pul qazanıb.

Rafiq İsayevin şəhid və qazi ailələrinin üzərindən iş görməsi təkcə bu faktla bitmir. Belə ki, Rafiq İsayevə məxsus Xətai rayonunda yerləşən ticarət və “moyka” obyektləri var və həmin obyektləri Rafiq İsayev Xətai Rayon İcra Hakimiyyətində işlədiyi dövrdə qanunsuz şəkildə əldə edib.

Məlum olub ki, onun bu obyektləri piyadaların səkisi üzərində  və Sərhəd Xidməti  Akademiyasının mühafizə zonasında inşa olunub.

Həmin dövrdə də Rafiq İsayev “qoçaq” tərpənib . Belə ki, bu obyektlərin sökülməsi məsələsi gündəmə gələndə bunun qarşısını  almaq üçün qazi və müharibə veteranlarını qabağa verib.

Həmin şəxslərin kimliyi redaksiyamıza bəlli olsa da yazmağı məqbul hesab etmədik.

Məlumatda o da bildirilir ki, Rafiq İsayev Xətai Rayon İcra Hakimiyyətində vəzifə tutmasına  PA-nın o zamanki rəhbəri Ramiz Mehdiyev sayəsində nail  olub.

Bildirilir ki, onu Ramiz Mehdiyevə yaxını Prezidentin İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov təqdim təqdim edib.

“Buna görə Rafiq İsayev öz yaxınlarının arasında Ramiz Mehdiyevə “ağsaqqalım” deyirdi. Bunun kifayyət qədər şahidləri var. Rafiq İsayev həm özünün, həm də qardaşı Ramin İsayevin qanunsuz əməllərini gizlətmək və məsuliyyətdən yayınmaq üçün yüksək vəzifəli şəxslərin adını çəkirdi” deyə mənbə bildirib.

İddialara görə, Ramin İsayev çəkişdiyi tərəfləri ətrafına yığdığı qazi, veteran və şəhid ailələri vasitəsi ilə təhdid edirdi.

Bu prosesdə isə ona dayısı oğlu İqbal Səmədov kömək edirdi. Ramin İsayevlə İqbal Səmədovun yazışmalarında bu barədə faktlar istintaq materiallarında yer alıb ki, bu barədə də məhkəmədə açıqlamalar səslənib.

Belə ki, Ramin İsayev İqbal Səmədova pul müqabilində şəhid ailələri və qaziləri öz kampaniyasına qoşmağı tapşırır.

İndi İqbal Səmədova bu tapşırıqları  Rafiq İsayev verir.

Saxta vətənpərvlik cildinə girən bu şəxslərin öz övladları isə hərbi xidmətdən yayınıb. Belə ki, İsayevlərin daha bir qardaşı  Məhərrəmin  oğlanları – Fərid və Əli İsayev qardaşları hərbiyə yararlı olduqları halda xidmətdən yayınıb.

Əgər bugün hər iki şəxs tibbi komissiyadan keçirilsə, onların sağlam olduğu üzə çıxacaq.

Təqdim etdiyimiz bu fotoda əsgərlikdən yayınan bu iki qardaşın anası Ceyran İsayevanın  şəhid anaları ilə birlikdə tədbirə qatılıb foto çəkdirdiyi görünür.

Növbəti materialımızda İsayevlərin özlərinin və digər yaxınlarının qanunsuz əməlləri, bu üsullarla əldə etdikləri əmlaklar haqqında geniş araşdırma təqdim olunacaq.(gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam