Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Mirrəhim Nəbiyev “İş axtaranları qul kimi işlədib” -ŞİKAYƏT

Mirrəhim Nəbiyev “İş axtaranları qul kimi işlədib”
 Yevlax Regional Ağciyər Xəstəlikləri Mərkəzinin baş həkimi Mirrəhim Nəbiyev barəsində ciddi iddialar – "İş axtaranları qul kimi işlədib”
Yenixeber.org: Yevlax sakini tərəfindən redaksiyamıza daxil olan müraciətdə Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının baş həkimi Mirrəhim Mirdamət oğlu Nəbiyev barəsində ciddi iddialar səsləndirilib.
Şikayətçinin sözlərinə görə, 2025-ci ilin 23 iyul – 26 avqust tarixləri arasında Mirrəhim Nəbiyev 13 nəfər iş axtaranı xəstəxanaya çağıraraq, onları bir ay ərzində əmək müqaviləsi olmadan, pulsuz işlədib. Həmin şəxslər xəstəxananın müxtəlif bölmələrində — arxivdə, qeydiyyatda və digər sahələrdə çalışıblar.
Müraciətdə qeyd olunur ki, baş həkim həmin şəxslərə "ən yaxşı işçilərin” gələcəkdə xəstəxanada vakansiyalar üzrə işlə təmin olunacağına söz verib. Lakin müddət bitdikdən sonra bildirilib ki, guya xəstəxanada heç bir vakansiya yoxdur.
Şikayətçi yazır:
"Əgər vakansiya yox idisə, o zaman 13 nəfəri niyə bir ay ərzində qul kimi işlədirdi? Hər həftə imtahan keçirərək bizi stress altında saxlayırdı. Hətta bizi verəm xəstələri ilə təmasda saxlayırdı. Görünür, məqsədi xəstələrin sayını artırmaq idi.”
O, həmçinin bildirir ki, həmin dövrdə bəzi işçilər qeyri-qanuni vəzifə dəyişiklikləri ilə məşğul olublar — məsələn, "xadimə ştatında olan şəxs katibə kimi, arxivdə və qeydiyyatda çalışan kimi fəaliyyət göstərib”.
Şikayətçi deyir ki, məsələ ilə bağlı TƏBİB-ə və Ağciyər Xəstəlikləri Mərkəzinə müraciət edib, lakin indiyə qədər heç bir cavab verilməyib.
Onun sözlərinə görə, baş həkimin fəaliyyətindən narazı olan 5 nəfər əməkdaş da işdən çıxarılıb, hazırda onların bəziləri rayon prokurorluğuna və Baş Prokurorluğa şikayət ünvanlayıb.
Müraciətin sonunda şikayətçi qeyd edir:
"Xahiş edirəm, səsimi çatdırın. Bəlkə bu dəfə kimsə eşitdi.”(7news.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam