Qumar imperiyasının kralı - Gürcüstanda krallar kimi yaşayır… -DE-FAKTO
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nəhəng qumar imperiyasının rəhbəri, “Anar 007” ləqəbi ilə tanınan azərbaycanlı şəxs barəsində sensasion məlumatlar yayılıb.
Yenixeber.org: Mənbələrin verdiyi xəbərə görə, Anar 007 və ona məxsus “Martin Kazino” uzun illərdir qanunsuz mərc oyunlarından milyonlarla gəlir əldə edir. Onun adı İnterpolun beynəlxalq axtarış siyahısında yer alsa da, bu şəxs hazırda Gürcüstanda sərbəst şəkildə, krallar kimi həyatını davam etdirir.
Maraqlıdır ki, qanunlar sanki Anar 007 üçün keçərli deyil. O, “Burda mənəm, Bağdatda kor xəlifə” prinsipi ilə hərəkət edir, sanki heç kim ona toxuna bilmir.
Anar 007-nin bahalı avtomobilləri, lüks villaları və dəbdəbəli həyat tərzi sosial şəbəkələrdə açıq şəkildə nümayiş olunur. Məlumatlara görə, o, qumardan əldə etdiyi pulların miqdarını belə unudub.
İddialara əsasən, “qumar kralı” səhər yeməyini Türkiyədə, axşam yeməyini isə Rusiyada zəngin restoranlarda yeyir. Daha maraqlısı budur ki, 19-25 yaş arası tanınmış xanım blogerlərlə müxtəlif ölkələrdə görüntülənir.
Hazırda “Anar 007” təkcə Gürcüstanda deyil, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Tatarıstan, Tacikistan kimi ölkələrdə, eləcə də Avropa, İngiltərə, Kanada və ABŞ kimi regionlarda fəaliyyət göstərən onlarla onlayn qumar platformasına birbaşa nəzarət edir.
2023-cü ildən İnterpol tərəfindən “qırmızı xətt” ilə axtarışda olan bu şəxs Gürcüstanda yerinin məlum olmasına baxmayaraq, hələ də saxlanılmayıb. O, Nidabet saytı vasitəsilə dünyanın 45 ölkəsində aktiv kazino fəaliyyəti ilə məşğuldur. Hazırda 127 ölkədə İnterpolun “Red Notice” - yəni “qırmızı xətt” axtarış siyahısındadır.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, “qumar kralı”nın istifadə etdiyi telefon nömrələri Azercell operatoruna məxsusdur - (050 211 67 36) və (050 211 67 34). Bu nömrələrin hər birinin dəyəri təxminən 30-40 min manat civarındadır. Yəni, ümumilikdə bu iki nömrənin qiyməti 100 min manata yaxındır. Həmçinin, bu nömrələrin WhatsApp hesabları da davamlı şəkildə aktivdir.
Azərbaycan hüquq-mühafizə orqanlarının bu şəxsi ölkəyə gətirmək üçün bir neçə dəfə cəhd göstərdiyi bildirilir. Lakin hələ ki, bu istiqamətdə ciddi nəticə əldə olunmayıb.
Sual açıq qalır: Qanunlar Anar 007 üçün niyə keçərli deyil?
Bu faktlar fonunda cəmiyyət haqlı olaraq sual edir:
- İnterpol axtarışında olan şəxs necə olur ki, sərhədləri sərbəst keçir?
- Qanunlardan üstünmü sayır özünü “Anar 007”?
(Azerbaycanreallığı)









AZ
RU