Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir?ŞİKAYƏT

"Lion Centre" MMC-nin rəhbəri Ramil Aslanov Dövlət Gömrük Komitəsinin ayrı-ayrı vəzifəli şəxslərinin onun şirkətinə qarşı səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etdiklərini iddia edir.
Yenixeber.org: Şirkət rəhbəri bununla bağlı məhkəməyə müraciət edib. O bildirir ki, bu vəzifəli şəxslərdən biri də DGK-nin Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Məhərrəm oğlu Həsənlidir:
"Belə ki, Tural Həsənli öz səlahiyyətlərini aşır, Hüquqi Təminat Şöbəsinin rəisi olmasına baxmayaraq, hüquqdan və gömrük qanunlarından xəbəri yoxdur.
Mənə qarşı şəxsi qərəzliyi var, süründürməçilik edirlər, mənim timsalımda bütün iş adamlarına qarşı bu cür rəftar edilir. Hansı məqsədi güdürlər, kimə xidmət edirlər bilmirik". 

İş adamı bildirir ki, şirkətinə qarşı edilmiş qanunsuzluqlar məhkəmə tərəfindən öz təsdiqini tapıb:



"Məhkəmə müvafiq Gömruk Orqanlarına qarşı qaldırdığım iddianı təmin etmişdir, lakin müvafiq Gömruk Orqanı  iddia ilə razılaşmamış və apellyasiya şikayəti vermişdir.
Məhkəmə prosesi zamanı sübut olmuşdur ki, gömruk orqanlarında çalışan əməkdaşlar hansısa bir qərar qəbul edərkən ziddiyyətli qərarlar qəbul edirlər. Yani gömkruk orqanının bir struktur vahidinin qərarı digər bir struktur vahidin qərarı ilə üst-üstə düşmir bu da gömrük orqanları strukturları arasında kommunikasiyanın olmamasına dəlalət edir.
Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hüquqi Təminat İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tural Məhərrəm oğlu Həsənli ölkəmizdə sağlam gömrükçü-sahibkar münasibətinin formalaşmasına qarşıdır".(demokrat.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam