Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

İnşaat maqnatı Aqibət Əliyevin icra hakimiyyətləri ilə tender oyunu- İLGİNC/FOTO

 

İnşaat maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən “Gəncə Körpü-Tikinti-2” ASC daha bir tenderin qalibi seçilib.
Yenixeber.org: enderi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC keçirib. Satınalma müsabiqəsi Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 927 597,15 manatdır.
“Gəncə Körpü-Tikinti-2” ASC bununla da cari ildə qalib gəldiyi tenderlərin sayını 4-ə çatdırıb. Bundan əvvəl ASC Quba Rayon İcra Hakimiyyətinin, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tenderlərin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 30 392 883,75 manat təşkil edir. Tenderlər yolların, mənzil fondunun təmiri və abadlıq işləri ilə bağlı keçirib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, “Gəncə Körpü Tikinti-2” ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.
Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.
media-101
Aqibət Məmmədov bir neçə il əvvəl oğlu Rəşad Məmmədovun avtomobil kolleksiyası ilə gündəmə gəlib. İş adamının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla da yaxınlığına dair iddialar var. Bu iddialara səbəb Niyazi Bayramov icra başçısı təyin ediləndən sonra “Gəncə Körpü-Tikinti-2” ASC vaxtaşırı Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi seçilib.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən bu təsisatın rəhbəri Abit Əliyevdir.  Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın şəxsdir. Eldar Əzizov hələ Gəncənin icra başçısı olanda Abit Əliyev onun kadrı kimi fəaliyyətdə idi.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam