Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Stomatoloq Nicat Həsənova görə öl*mdən döndüm-ŞİKAYƏT

media-aa

Ağıl dişinin kəskin ağrısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edib.

Yenixeber.org: Şikayətçi Tural Qoca “Xəzər TV”yə müraciətində bildirib ki, “TikTok”da özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.

T.Qocanın sözlərinə görə, N.Həsənov onun dişini heç bir cərrahi əməliyyat olmadan, ağrısız şəkildə çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.

Zərərçəkmiş ona 500 manatdan çox ziyan dəydiyini və ölümdən döndüyünü həmçinin Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.

İddialarla bağlı sözügedən stomatoloqla əlaqə saxladıqda isə, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib. Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.

Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil. O da qeyd edilib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin “qaynar xətt”inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər.

Daha ətraflı videomaterialda:



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam