Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

“Binəqədi ‘Qədirxum’ restoranında müştəriyə hörmətsizlik -xidmət utancverici səviyyədədir”

Sosial şəbəkə istifadəçisi Fəridə Babayeva “Facebook” platformasında fəaliyyət göstərən “Müştəriyəm, Şikayətim Var” qrupunda Binəqədi rayon mərkəzində yerləşən “Qədirxum” restoranı ilə bağlı narazılığını bölüşüb.
Yenixeber.org: İstifadəçinin paylaşımını təqdim edirik:
Bu gün günorta yeməyi üçün Binəqədi mərkəzindəki “Qədirxum” restoranına getmişdim. Vaxtım 1-dən 2-yə qədər idi. İçəri daxil olanda əvvəlcə yeməyi aparmaq istədim, menyuya baxdım, sonra oturmağa qərar verdim. Bir müddət ayaqüstə qaldım, yuxarı qalxdım, sonra yenə aşağı düşdüm. Nə qədər ofisiant olsa da, masaya yönləndirən olmadı. Özüm masa seçib oturdum.
Bir qədər gözlədim, amma yaxınlaşan olmadı. Məcbur olub ofisiant xanımı çağırdım. O, menyunu gətirdi və uzaqlaşdı. Sifariş vermək üçün yenə gözlədim, amma heç kim gəlmədi. Masadakı zəngə basdım, yenə nəticə olmadı. Axırda yenidən çağırdım və xanım gəlib sifarişi götürdü. Yaxşı ki, sifarişim tez hazırlandı.
Yeməkdən sonra bu dəfə gözləmədən zəngə basdım, ofisiant gəldi. Kartla ödəniş etmək istədiyimi dedim, amma kassaya yaxınlaşmağımı söylədi. Kassada kassir yox idi. İşçilərə müraciət etdim, lakin məni eşitməməzliyə vurdular.
Bir neçə dəqiqə sonra kassir gəldi və ödənişi qəbul etdi. Lakin o, mənim sifarişimdən xəbərsiz idi. Mən nə desəydim, onun pulunu çıxacaqdı. Kartı vurub “Ödəniş oldu mu?” - deyə soruşdum, cavab vermədi, üzünü çevirib getdi. Yalnız bankdan mesaj gələndə ödənişin baş tutduğunu gördüm və restorandan çıxdım.
Qısaca: Servis zəif, personal laqeyd və gülərüz deyildi. Yemək isə ət dönəri idi. Dadı orta səviyyədə, porsiyası isə kiçik idi. Ətini bəyənmədim.
Kiçik, amma vacib bir məqam: Bağlı ayran sifariş etmişdim və onun yanında trubuçka verilməlidir. Ofisiant həmin trubuçkanı başqa masadan götürüb mənə təqdim etdi. Açılmamış olduğuna görə dəyişmədim, amma bu, xoşagəlməz hal idi. Qiyməti cəmi 20 qəpik belə deyil, sifariş məbləğinə də daxildir. Açılmamış olsa belə, atılmalı olduğunu düşünürəm.(Azerbaycanreallığı)

Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam