Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Devalvasiyadan yararlanan icra başçıları


 

Azərbaycanda devalvasiyanın ikinci mərhələsi gözlənilən olsa da, qərarın yeni ildən əvvəl verilməyəcəyini düşünənən sadə vətəndaşlardan fərqli olaraq məmurlar daha ehtiyatlı tərpənib.

Xeberinfo.com:   Onsuz da az olmayan sərvətlərini gözlənilən devalvasiyadan istifadə edərək daha da artıqmaq niyyətində düşən və bu planlarını icra edənlər arasında yüksək vəzifəli dövlət məmurlarının olduğu barədə məlumatlar var.

Redaksiyamıza belə yüksək vəzifəli məmurlardan ikisi barədə məlumatlar daxil olub. Məlumata görə, Yardımlı rayonun icra hakimiyyətinin başçısı Sevindik Hətəmov “üzən məzənnə” qərarının məhz dekabrın 21-də veriləcəyindən xəbardar olan yüksək vəzifəlilərdən biri olub və bu məlumatdan yararlanmağı düşünüb. Belə ki, icra başçısı bazar ertəsinə gözlənilən devalvasiyadan maksimum xeyirlə çıxmağı qarşısına məqsəd qoyub və ilk növbədə rayon ərazisindəki “Kapital Bank”-dan isitfadə edib.

“Kapital Bank”-ın Yardımlı filialındakı bütün dolları almaq üçün hələ dekabrın 19-da fəaliyyətə başlayan icra başlçısı öz yaxın adamları vasitəsilə istəyini reallaşdırıb. Filial rəhbərliyi icra baçısının şənbə günündən başlayan “dollar marağı”nın qarşısını almaq istəsə də bu onun imkan xaricində olub. Filial rəhbəri icra başçısına kəskin etirazını bildirsə də, bunun qarşılığında xəbərdarlıq alıb.

Sevindik Hətəmovun “varlanmaq” planının eynisi Lerikdə də təkrarlanıb. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov da 21 dekabrdan xeyli qazanclı çıxıb. Onun da rayon ərazisində fəaliyyət göstərən bank filaillarını əsas müştərisi olduğu bildirilir. Məlumatlara görə, hər iki icra başçısı bu qərarlarını həftə sonu, yəni qeyri-iş günündə həyata keçirməklə bazar ertəsinin “üzən məzənnə” qərarına artıq “hazır “olublar. Beləliklə də dövlətin manatın ucuzlaşması barədə qərarından ən çox xeyrili çıxan şəxslər sırasına adlarını yazdırmağı bacarıblar.

Üstəlik dövlətə xidmət etməli olduqları halda ona daha çox ziyan vuranlar sırasına qoşulublar.

 

Bizimxeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam