Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

GƏNCƏDƏ ağacların “soyqırımı”- Küçələrdə od vurulan ZİBİLLƏR… -DE-FAKTO

GƏNCƏDƏ ağacların “soyqırımı”-

Gəncə şəhəri acınacaqlı durumdadır.

Yenixeber.org: Bir neçə gün öncə,Gəncə şəhərində küçələrin bərbad vəziyyətdə olması, ağacların quruması haqqında məlumat vermişdik. Məlumat paylaşıldıqdan sonra, saytın qaynar xəttinə şəhərdəki vəziyyətlə bağlı şikayətlər daxil olmağa davam edir. Belə ki, Gəncə şəhərindən Qasımov Kamil Nadir oğlu tərəfindən daxil olan məlumata görə, şəhərdə ağaclar susuzluqdan quruyur, küçələrdə zibillər yığılmaq əvəzinə olduğu yerdəcə yandırılır.  Baxmayaraq ki, zibillərin yığılıb aparılması tapşırılıb. Eyni hallar şəhərin digər küçələrində də baş verir. Gəncə şəhəri Atatürk prospektində küçələrdə zibil yığılması və daşınmasında problemlər var. Zibil yığılması üçün istifadə olunan yük maşının üstü açıqdı. 

Şəhərin Zülfü Hacıyev küçəsi, Dəmir Yolları parkında ağaclar susuzluqdan quruyub. Parkın vəziyyəti bərbad haldadır. Hava şəraiti normal olmasına baxmayaraq ağaclar məhv olur. Parkın ərazisindəki ağacların suvarma vasitələri yoxdur. Həmçinin ərazidəki fontan işləmir, oturacaq skamyaları da istifadəyə yararsız haldadır. Parkın təmizliyinə heç bir qurum diqqət yetirmir. Məişət tullantıları isə yığılmaq əvəzinə parkın içində yandırılır. Quruyub aşmış ağaclar da təmizlənmir. Şikayətçi Qasımov Kamil parkda bütün bu işləri görmək üçün işçilərin olmadığını bildirir.

Gəncə şəhəri Poçt qəsəbəsi Rüfət Əliyev küçəsində də yaşıllıqlar eyni vəziyyətdədir. Ağacların hamısı quruyub. Yaşıllıqların yerləşdiyi bəzi ərazilərdə artezian su sistemi olmasına baxmayaraq, ağaclar sulanmır. Kamil Qasımov bütün bu problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, ancaq heç bir tədbir görülmədiyini də bildirib.(ajans.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam