Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

SUSUZ ƏMİRCAN –BİZ BU DÖVLƏTİN VƏTƏNDAŞI DEYİLİK?!

 

Yenə yay gəldi, yenə Suraxanı rayonu Əmircan qəsəbəsinin yuxarı məhəlləsi, xüsusən də Cəlil Əliyev küçəsi susuzluqla üz-üzə qaldı. Uzun illərdir bu məhəllədə yaşayan sakinlər yayın istisində, qışın soyuğunda “SU” deyib qapı-qapı, qurum-qurum dolaşır, müraciətlər edir, dərdini izah edir və faydasız!

Yenixeber.org: Hətta rayon İcra Hakimiyyətinin arxasında yerləşən küçələrdə belə suyun verilməsi yalnız günün müəyyən saatlarında, o da ən yaxşı halda saat 11:00-dan 13:00-dək cəmi iki saatlıq olur. İndi isə beş gündür ki, kranlarımızdan bir damcı belə su gəlmir!

Səbəbini soruşanda gah deyirlər “təzyiq 9 atmosferdən artıq qalxmır”, gah da bəhanə gətirirlər ki, “yayda su çox işlənir, ona görə çatmır”. Bəs niyə həmişə biz çatışmazlığa məruz qalırıq? Niyə Əmircanın bu küçəsi susuzluğun ünvanına çevrilib? Biz bu ölkənin vətəndaşı deyilikmi?

Axı biz də su pulunu ödəyirik, su idarəsi ilə qanuni müqavilə bağlamışıq. Bəs o müqavilənin şərtləri niyə pozulur? Niyə dövlət orqanları bu qanun pozuntusuna göz yumur? Kim müqaviləyə əməl etmirsə, cəzalanmalıdır!

Vaxtilə Suraxanı rayonunun su idarəsinin rəhbərliyi nöqsanlara görə işdən çıxarılıb, hətta həbs olunmuşdu. Görünür, bu yeni rəhbərlik üçün həmin acı son nümunə olmayıb, eyni yollarla davam edirlər. Əgər bu məsuliyyətsizlik dayandırılmasa, onları da vətəndaşların ahı, narazılığı tapacaq!

Biz artıq susmaq istəmirik. Səbr kasamız dolub-daşır! Əmircan Afrika səhrası deyil, hər evin həyətində bir quyu qazılıb özbaşına yaşanacaq bir yer deyil! Bu ölkədə şəhər infrastrukturu üçün milyardlar ayrılır, bəs hara gedir bu pullar? Kim nəzarət edir bu işlərə?

Cənab Prezident dəfələrlə xalqın sosial rifahının yüksəldilməsi, kommunal xidmətlərin yaxşılaşdırılması ilə bağlı dəqiq tapşırıqlar verib. Bəs niyə onun göstərişləri yerinə yetirilmir? Bu, Prezidentin iradəsinə qarşı çıxmaq deyilmi?

Vəzifəyə gələn rəhbərlərin çoxu xalqın yox, ilk növbədə öz cibinin xidmətində olur. Sonra da “iş başında qanunsuzluğa yol verdiyinə görə” tutub içəri salırlar. Bu acı sonluğu hələ də dərs almayanlara xatırladırıq!

Biz cəngəllik adamı deyilik! Biz bu ölkənin, bu torpağın, bu bayrağın vətəndaşıyıq! Sağlam ailə, sağlam övlad böyütmək istəyirik. Ən fundamental haqqımız su haqqımız təmin olunmalıdır!

SƏSİMİZƏ SƏS VERİN!

Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsinin illərlə susuzluğa məhkum edilmiş sakinləri



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam