Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səbaildə Vüqar Zeynalovun təhlükəyə atdığı sakinlərdən ETİRAZ –FOTOFAKT

Səbaildə Vüqar Zeynalovun təhlükəyə atdığı sakinlərdən ETİRAZ – FOTO

Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən sovetdənqalma bina artıq uzun illərdir qəzalı vəziyyətdədir. Rütubət, çürük döşəmələr və yararsız pilləkənlər sakinlərin gündəlik həyatını dözülməz hala salıb. Bina artıq uzun illərdir Allah ümidinə ayaqda qalıb.

Yenixeber.org: İllərdir söküləcəyi deyilən bina belə getsə, öz-özünə söküləcək.
Sakinlərin sözlərinə görə, onlara illərdir binanın söküləcəyi ilə bağlı vədlər verilir. Ancaq hələ də heç bir tədbir görülməyib. Binada əlacsız qalan sakinlər deyir ki, artıq nimdaş binada siçovullar da məskən salıb. Binadakı təhlükəli vəziyyətə görə sakinlərin bir çoxu kirayələrə köçmək məcburiyyətində qalıb. İmkanı olmayanlar isə hər gün təhlükə altında yaşamağa davam edirlər.

Binada yaşlı sakinlər də, körpəli ailələr də yaşayır. Taxtası çürümüş və məhəccəri olmayan pilləkənlərdən hər gün çıxıb düşmək bu sakinlər üçün xüsusilə təhlükəli və risklidir. Elə bu təhlükə və riskə görə çağırılan həkimlər də binaya qalxmır.
Sakinlər sual edir – bir yaşlı sakin, azyaşlı bu çürümüş pilləkənlər üzündən ağır zədə alsa, bədbəxt hadisə baş versə, bunun cavabını kim verəcək?

Sakinlər bildirib ki, dəfələrlə aidiyyəti qurumlara, xüsusilə Səbail rayon İcra Hakimiyyətinə, şəxsən icra başçısı Vüqar Zeynalova müraciət ediblər, məktublar göndəriblər. Lakin onlara hər dəfə “baxılacaq” cavabı verilib. Sakinlər tezliklə Səbail İH-in tədbir görməsini, onları təhlükəsiz mənzillərə köçürülmələrini xahiş edirlər.

Qarşı tərəfi dinləməyə hazırıq.(tribunainfo.az)

Gülşən Rəsul


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam