Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir?...

media-vv

“Dr. Vəfa Gündoğan” necə estetik prosedrulrlar həyata keçirir?

media-vefff

Yenixeber.org: Redaksiyamıza  verilən məlumata görə, şikayət əsasında araşdırma başlanılıb . Adını çəkilməsini istəməyən vətəndaş iddia edərək bildirir ki, bir müddət öncə “Da Vinci Estetik Klinika”da estetik əməliyyatlar aparan Vəfa Gündoğan adlı qadının heç bir ixtisası və sənədi olmamasına baxmayaraq plastik cərrah kimi fəaliyyət göstərməsi nəticəsində bir sıra insanlar sağlamlığını itirib.

media-veff

Bu Dr. Vəfa Gündoğandan  zərər çəkən pasiyent ilk olaraq Xüsusi.TV-yə müraciət edib.

“Dr. Vəfa Gündoğan”, əslində sertifikatsız, diplomsuz və qeyri-ixtisaslı bir şəxsdir. O, Da Vinci Estetik Klinikasında çalışarkən dəfələrlə pasiyentlərə zərər yetirib və buna görə klinikanın rəhbəri Zöhrə xanım və baş həkim Natavan xanım tərəfindən klinikadan qovulub.

Ancaq təəssüflə bildiririk ki, bu “həkim” hazırda fəaliyyətinə “Milana” Hospital adlı başqa bir tibb müəssisəsində davam etdirir.

Video Player

Məlumata görə, Milana Hospitalın rəhbəri Xuraman xanım bu şəxsin sənədlərinin olmamasına rəğmən, ona klinikada estetik əməliyyatlar aparmaq imkanı verib.Sosial şəbəkələrdə aktiv olan Vəfa Gündoğan kosmetoloji prosedurlar apardığını açıq şəkildə nümayiş etdirir. Halbuki bu tip prosedurlar yalnız müvafiq diplom və lisenziyaya sahib həkimlər tərəfindən həyata keçirilməlidir. Belə bir riskli sahədə sənədsiz şəxsin çalışması insan həyatı üçün ciddi təhlükədir.Hazırda bu qadının keçmiş pasiyentlərindən biri tərəfindən hüquqi şikayət irəli sürülüb. Zərərçəkmiş şəxs bildirir ki, Vəfa adlı bu qadının səhlənkarlığı nəticəsində sağlamlığında ciddi problemlər yaranıb və maddi-mənəvi zərərə uğrayıb.Biz inanırıq ki, Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları bu məsələni diqqətdən kənarda qoymayacaq və diplomsuz estetik “cərrahların” fəaliyyətinə dərhal hüquqi qiymət veriləcək.(xalq.online)

Məsələ ilə bağlı  qarşı tərəfi dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam