Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

Bakıda bizə vacib olan dərmanı 13,5 manata, həm də çox çətinliklə ala bilirik. Hər aptek bizə bu dərmanı vermir. Bəzən şəhərdə xeyli aptek gəzərək, xüsusi reseptlə ala bilirəm. Türkiyədən isə heç bir resept olmadan, 5,4 manata aldıq.

Yenixeber.org: Bu barədı iqtisadçı Rövşən Ağayev yazıb. Bakıda dərman qiymətlərinin həm baha, həm də çətin tapıldığını bildirən iqtisadçı əlavə edib ki, Bakıda çətinliklə tapılan dərmanların keyfiyyəti də pis olur:

“Bayaq Rəşad bəy Əliyevin statusunda gördüm, İstanbulda 24 manata satılan dərmanın Bakıdakı qiymətinin 72 manat olması barədə. Əslində ötən həftə bu barədə yazacaqdım, başım qarışıq oldu deyə imkan tapa bilmədim.
Uzun müddətdir ailə üzvlərimdən birinin müntəzəm qəbul elədiyi bir dərmanı həkim bizə Türkiyədən gətirməyi məsləhət gördü. Səbəbini həm keyfiyyət, həm də qiymət fərqi ilə izah elədi.
Təxminən 10 gün əvvəl bir tanış alıb gətirdi və qiymət fərqi həqiqətən böyükdür. Burda biz son 6 ayda həmin dərmanı 13,5 manata, həm də çox çətinliklə ala bilirik. Hər aptek bizə bu dərmanı vermir. Bəzən şəhərdə xeyli aptek gəzərək, xüsusi reseptlə ala bilirəm.

Türkiyədən heç bir resept olmadan, 5,4 manata.

Artıq deyəcək və yazacaq söz qalmayıb. Çünki danışmaq və yazmaq öz əhəmiyyətini itirib”.(tribunainfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam