Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Qobu qəsəbəsində qanunsuz tikintiyə kimlər icazə verib? -Məktəb direktoru nazirə nədən obyekt tikir?/VİDEO

post-img
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə hansı məmur himayə edir?
Yenixeber.org: Abşeron rayonunun Qobu qəsəbəsində "Yeni Məhəllə" adlanan ərazidə, "Sədərək-Binə" yolunun üstündə inşa edilən qanunsuz tikinti faktı aşkarlanıb.
Yerli sakinlərin də narahatlığına səbəb olan bu böyük obyektdə tikinti işlərinin hansı əsasla aparıldığı məlum olmasa da, tikintinin sahibi Binəqədi rayon 244 saylı məktəbin direktoru Abbasov Yəhya Müseyib oğlu olduğu məlumdur.
1999-cu ldən 244 nömrəli məktəbin direktoru işləyən Abbasov Yəhya Müseyib oğlu təhsil ocağından 26 illik qazancını tikinti işlərinə sərmayə qoyaraq sahibkarlıq iddiasına düşdüyü deyilir. İddialara görə, işlədiyi dövrdən məktəbin altın üstünə çevirən Yəhya müəllimlə bağlı təhsil ocağında yaxşı fikirdə olmayanlar da çoxdur. Daşdan da pul çıxardan qocaman müəssisə rəhbəri 65 yaşını tamamlasa da, nədənsə hələ də direktor işləyir.
Daxil olan məlumatda bildirilir ki, vəzifədən getmək fikiri olmayan 65 yaşlı direktor Yəhya Abbasov Elm və Təhsil naziri Emin Əmirullayevə möhtəşəm obyekt inşa etdirir. Qocaman direktorun apardığı tikinti işlərinin hansı əsasla gördüyü bilinməsə də, nazirə inşa etdiyi obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumatın olmadığı deyilib. 
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan bu tikinti işlərini Abşeron İcra Hakimiyyətinin “razılığı “əsasında aparıldığı da iddia olunur.
Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparacağına və qanunsuzluğa yol verən Binəqədi rayon 244 nömrəli məktəbin direktoru Yəhya Abbasov məsuliyyətə cəlb olunacağına inanırıq.
Bildirək ki, əməkdaşlarımızın məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən açıqlama alması mümkün olmayıb. Xatırladaq ki, 2022-ci ildən Abşeron İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir.(paytaxt.org)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam