Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…-ŞİKAYƏT

media-denizz

“Dəniz” Hospitalnda  qanunsuzluq.

Yenixeber.org: Dəniz hospitalında  ilginc olay  yaşanıb.

Hospitala müraciət edən Ruhanə Allahverdiyeva adlı xanım  estetik əməliyyat etdirmək istəyib. Hətta əməliyyat üçün ödəniş edib lakin  600 manat vəsaiti çatmadığı üçün, özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaq məcburiyyət qarşısında qalıb .

Dəniz hospitalının təsisçisi kimi təqdim edən Fidan adlı qadın  Ruhanə Allahverdiyevaya   “müqavilə” bağlayıblar və 8.000 manat ümumi dəyəri olan qızıl-zinət əşyalarını 600 manat qarşılığında götürüb.

Dəniz hospitalında Ruhanə  Allahverdiyeva  Sadiq adlı həkim əməliyyat edib və əməliyyatdan sonra  600 manatı gətirib klinikaya ödəyib öz qızıllarını istəyəndə isə qarşılaşdığı münasibət ona şok yaşadıb.

Belə ki, Dəniz klinikasının təsisçisi olan Fidan Ruhanə Allahverdiyevanın qızıllarını lombarda qoyub və 5000 manat pul götürüb.

Ruhanə Allahverdiyeva  bu barədə hüquq müahifəz orqanlarına müraciət edib və  Binəqədi rayon Polis idarəsində şikayət üzrə araşdırma aparılır. Bu barədə jurnalist Sima Babayeva sosial hesabında məlumat yayıb.

Qeyd edək ki, analoji hadisə təxminən 2016-cı ildə Araz Salmanov adlı cərrah tərəfindən də törədilmişdi. Həmin vaxt bu hadisə ölkədə geniş rezonans yaratmışdı.

Məsələ ilə bağlı Dəniz klinikasında heç bir açıqlama almaq mümkün olmadı(xalq.online)

Yazıda adları keçənlərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam