Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA

“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldatdığı iddia edilir.
Yenixeber.org: Redaksiyamıza müraciət edən zərərçəkmişlər bildirirlər ki, “VİZA DƏSTƏYİ” MMC adlı şirkət tərəfindən Almaniya və Litvada işə düzəltmək və viza almaq vədi ilə müxtəlif məbləğlərdə pullar alınıb, lakin vədlər yerinə yetirilməyib.
İddialara görə, ümumilikdə vətəndaşlara 15.000 manatdan çox maddi zərər dəyib. Zərərçəkmişlərin sözlərinə görə, şirkətin rəhbəri Samir Mədətov, vətəndaşlarla bilavasitə təmasda olan isə Mövluda adlı qadın olub. Mövluda xanım özünü həm şirkət əməkdaşı, həm də Samir Mədətovun həyat yoldaşı kimi təqdim edib.
Vətəndaşların diqqətini TikTok platformasında açılmış “mmc_viza_desteyi_” adlı profil vasitəsilə çəkiblər. Əlaqə üçün həmin səhifədə +994553459694 nömrəsi qeyd olunub. Zəng edən vətəndaşlara Xudaverdiyev Məlahət Sahib qızı adlı şəxs cavab verirmiş.
İddialara əsasən, vətəndaşlar Bakıda – Ziya Bünyadov prospektindəki ofisdə qəbul olunublar. Şirkətin Gəncə şəhərində də ofisinin olduğu bildirilir. Lakin işlərin alınmadığını görən zərərçəkmişlər pullarını geri tələb etdikdə, ofislər bağlanıb və şirkət nümayəndələri əlaqəni kəsiblər. Onlara sosial şəbəkə hesabları üzərindən yazan vətəndaşlar bloklanır, telefon zənglərinə isə cavab verilmir.
Zərərçəkmiş vətəndaşlar aidiyyəti dövlət qurumlarından məsələyə hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edirlər.(patrulaz.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam