Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Baku Medical Plaza”nın həkimi Günel Məmmədlidən şikayət -DETALLAR

media-72

“DrGünelMammadli” adı ilə tanınan həkim otoplastika əməliyyatından sonra pasiyent fəsadlarla üzləşdi !

media-med

Yenixeber.org: Sosial şəbəkələrdə “DrGünelMammadli” adı ilə tanınan və hazırda “Baku Medical Plaza”da fəaliyyət göstərən otoplastika həkimi Günel Məmmədli ilə bağlı ciddi iddialar gündəmə gəlib.  Özünü zərərçəkmiş kimi təqdim edən Nərminə Həsənova bildirib ki, bir il əvvəl keçirdiyi qulaq estetikası (otoplastika) əməliyyatından sonra səhhətində ağır fəsadlar yaranıb.

media-001
Nərminə Həsənovanın sözlərinə görə, o, Günel Məmmədliyə müraciət edərək 2500 manat qarşılığında əməliyyat olunub. Əməliyyatdan qısa müddət sonra qulağından iltihablı axıntılar və şişkinliklər müşahidə olunub. Zərərçəkmiş iddia edir ki, vəziyyətini izah etmək üçün yenidən həkimin yanına müraciət etdikdə, Günel Məmmədli məsuliyyətdən yayınıb və “get hara istəyirsən şikayət et, mən heç kimdən çəkinmirəm” cavabını verib.

Məsələ ilə bağlı Günel Məmmədlinin tibbi fəaliyyət göstərmək üçün tələb olunan rəsmi diplom, icazə və sertifikatlarının olub-olmaması hələ ki, dəqiqləşdirilməyib. İctimaiyyətin narahatlığına səbəb olan bu iddialar, xüsusilə də sağlamlıqla birbaşa bağlı olan tibbi müdaxilələr fonunda, araşdırılmağa ehtiyac duyur.

Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.

Eyni zamanda inanırıq ki, məsələ ilə bağlı aidiyyəti qurumlar – Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən hüquqi araşdırmalar aparılacaq və əgər qeyd edilənlər təsdiqlənərsə, günahkar şəxslər qanun qarşısında cavab verəcək.(Xüsusi.Tv)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam