Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” –ŞİKAYƏT

“Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət

“Qardaşımın ölümünə “İstanbul NS” klinikası və onun həkimləri səbəb olub. Ölümündən sonra da klinikanın həkimi, rəhbəri bizi şantaj edərək meyiti vermirdilər, bizdən pul tələb edirdilər. Ancaq bu özbaşınalıqlarına görə heç biri cəzalandırılmır”.

Yenixeber.org: Bu barədə şikayətçi Zərifə Mahmudova Feysbuk hesabında yazıb. Şikayətçi “İstanbul NS” klinikasını və həkimlərini qardaşının ölümündə ittiham edir:

Zərifə Mahmudovanın sözlərinə görə, bu ilin aprelin 22-də qardaşı “İstanbul NS” klinikasında ürək cərrahı Kamal Ağarzayev tərəfindən atası və özünün icazəsi olmadan əməliyyat olunub. O iddia edir ki, bu əməliyyat uğursuz keçib, nəticədə xəstə beynində çoxsaylı insult, sağ tərəfdə iflic və ağır hala düşərək koma vəziyyətinə salınıb:

“Qardaşım əməliyyatdan sonra üç həftə ərzində komada qaldı. Bu müddət ərzində ona qarşı qeyri-insani rəftar olub, işgəncəyə məruz qalıb. Eyni zamanda, ailəmiz müxtəlif bəhanələrlə şantaj edilərək külli miqdarda pul ödəməyə məcbur edilib. 75 min manatlıq sığorta ödənişi istifadə olunub. Klinikada pul yığmaq işinə baxan Aygün adlı bir qadın, cərrah Kamal Ağarzayev və klinikanın rəhbəri Azər adlı şəxsin iştirakı ilə bizdən 10 min manat tələb edildi. Əks halda, deyirdilər ki, qardaşımın dərman və qan plazması kəsiləcək. Bilirdilər ki, bu onun həyatı üçün ölümcül olacaq. Sonda dediklərini etdilər və qardaşım mayın 16-da vəfat etdi”.

Şikayətçinin sözlərinə görə, qardaşının cənazəsi belə ailəyə dərhal təhvil verilməyib. Xəstəxana əməkdaşları onlardan 12 min manat tələb ediblər. O, həmçinin qeyd edir ki, ailəyə nə başsağlığı verilib, nə üzr istənilib, nə də ödənilən pullar geri qaytarılıb:

“Qardaşım 50 yaşında, üç övlad atası idi. Onlardan biri tələbə, ikisi isə məktəblidir. Onun qəfil itkisi ailəmizi məhv etdi. Yaşlı atam oğul dərdindən yatağa düşüb. Mən isə bu dəhşətli travmadan sonra insult həddindən dönə bildim. Əgər təcili yardım vaxtında gəlməsəydi, bu faciə ikiqat olacaqdı”.

Zərifə Mahmudova məsələyə müdaxilə olunmasını, qardaşının ölümündə məsuliyyəti olan şəxslərin cəzalandırılmasını tələb edir.

Qarşı tərəfi, yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.(tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam