Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Bu tikintiyə Adil Əliyev icazə verib? -VİDEO

Bu tikintiyə Adil Əliyev  icazə verib? - VİDEO
Bakı Şəhər Suraxanı rayon Yeni Ramanı Samir Əliyev 19 ünvanında inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazənin olmadığı bildirilir
Yenixeber.org: Son illər ölkə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün dövlət qurumları tərəfindən aparılan tədbirlərə baxmayaraq, hələ də bu problem qalmaqda davam edir. Qanunsuz tikililərinin gizli yayıldığı ərazilərdən biri də Bakı şəhəri Surxanı rayonu olması barədə mətbuatda dəfələrlə məlumatlar dərc edilir.
Məlumata görə Suraxanı rayon Yeni Raman qəsəbəsi Samir Əliyev 19 ünvanında heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan obyekt tikilir.
Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq Suraxanı rayon Yeni Ramana qəsəbəsi Samir Əliyev 19 ünvanında inşa edilən obyektlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında məlumat yoxdur. Bu isə o anlama gəlir ki, inşa edilən obyektlə bağlı aidiyyatı qurumların rəsmi icazəsi yoxdur.
Tikintiyə özünü qazi kimi qələmə verən Ramin adlı maklerin rəhbərlik etdiyi, ancaq obyektin əsl sahibinin başqa sahibkar olduğu bildirilir.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovdur.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam