Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bravo marketdə” müştəriləri belə aldadırlar -FOTOFAKT

“Bravo marketdə” müştəriləri belə aldadırlar
Nərimanov rayonu, Atatürk parkının yaxınlığında yerləşən 1403051411-15008 kodlu Bravo marketdə müştəriləri çaşdıran və aldatmağa bənzər hal ilə qarşılaşdım.
Yenixeber.org: Marketdə gilasın qiyməti əvvəlcə 8.99 manat göstərilsə də, endirimlə 5.99 manata satıldığı qeyd olunurdu. Lakin kassaya yaxınlaşdıqda məlum oldu ki, məhsul əvvəlki – yəni endirim edilməmiş qiymətlə vurulur.

Müştəri olaraq bu uyğunsuzluğu mağaza rəhbərliyinə bildirdik. Lakin rəhbərlik sadəcə “kassirin səhvidir” cavabını verdi. Maraqlısı budur ki, belə “səhvlər” nədənsə hər zaman müştərinin ziyanına baş verir. Heç vaxt rast gəlməmişəm ki, bahalı bir məhsul təsadüfən daha ucuz qiymətə vurulsun.

Bu kimi hallar artıq məndə belə bir təəssürat yaradır ki, bu cür “səhvlər” təsadüfi deyil, bilərəkdən edilir. Belə yanaşma isə müştəri məmnuniyyətini ciddi şəkildə zədələyir və nəticədə alıcıların mağazadan uzaqlaşmasına səbəb olur. Şəxsən mən, bu hadisədən sonra həmin mağazadan alış-veriş etməməyə qərar verdim.(azxeber.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam