Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR - Qurumun əməkdaşı şok faktları açıqladı

DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR -
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Yenixeber.org: Məlum səbəblərdən adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya!
Bildirmək istəyirəm ki, Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissənin maliyyə rəisi, kapitan Hüseynzadə Sübhan öz öhdəsinə düşən işi layiqincə yerinə yetirmir.
Belə ki, adını çəkdiyim şəxs hərbi qulluqçulardan və mülki sürücülərdən hər ay pul yığır. Yəni onların maddi yardımlarını, məzuniyyət və ezamiyyət pullarını rüşvət qarşılığında ödəyir.
Hüseynzadə Sübhan ona rüşvət verən şəxsləri incitmir, vaxtında pullarını köçürür. Rüşvət verməyənlərə isə, "büdcədə pul yoxdur", - deyərək ödənişləri bir neçə ay gecikdirir.
Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissədə illərdir bu cür qanunsuzluqlar baş alıb gedir. Məsələni araşdıran şəxs və yaxud da qurum yoxdur. Rəhbərliyin bu məsələdən xəbəri olub-olmadığını da dəqiq bilmirəm.
Qeyd edim ki, bu yeyintinin içində əsgərlərin əmək haqları da var. Heç kim qorxusundan səsini çıxara bilmir. Hər kəs deyir ki, başımızı ağrıtmaq istəmirik, hörmət edirik, pulumuzu vaxtında vurur.
Hüseynzadə Sübhanın bu əməli Dövlər Sərhəd Xidmətinin nüfuzuna xələl gətirir. Bəlkə də bundan rəhbərlik xəbər tutsa, o adamın cəzasını verər.
Məlumat üçün bildirim ki, o, hərbi qulluqçulardan 100 manat, mülki sürücülərdən 50 manat alır. Yalnız yuxarıda "adamı" olanlardan pul ala bilmir, ehtiyat edir.
Müvafiq qurumlar tərəfindən araşdırma aparılsa, onun etdiyi bütün haqsızlıqlar, rüşvətxorluqlar üzə çıxacaq. Telefonunu yoxlasalar, bu dediklərimin yalan olmadığını görəcəklər.
Səlahiyyətli qurumlar xahiş edirəm, məsələ ilə bağlı tədbir görülsün".
Jalə FAMİLQIZI, ("Hurriyyet")
P.S. Bir daha qeyd edək ki, DSX əməkdaşı adının açıqlanmasını istəmədiyi üçün şikayəti anonim yazmışıq. Amma məsələ ilə bağlı hüquq müstəvisində çəkişmə olarsa, bu zaman səlahiyyətli qurumlara həmin şəxs haqqında məlumat verməyə hazırıq.
Yazıda da qeyd olunduğu kimi, idarə rəisinin telefonunun yoxlanılması xahiş olunur. Çünki köçürülən rüşvət pulları onun şəxsin telefonunda var.
Düşünürük ki, bu məlumatdan sonra Dövlət Sərhət Xidmətinin rəhbərliyi məsələni araşdıracaqdır. Bu halda məsələ ilə bağlı redaksiyamıza məlumat verilməsini də onlardan xahiş edirik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam