Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“QAFQAZ AUTO” niyə ancaq FHN-nin sifarişlərini icra edir? -Bir-biri üçün yaranmışlar…



Fövqəladə Hallar Nazirliyi (FHN) dünən iki tenderin nəticəsini birdən açıqlayıb.

Yenixeber.org: Həmin tenderlərdən birini nazirliyi Tikintidə Təhlküəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti keçirib.

Sözügedən qurum Nəvahi qəsəbəsində 11 ədəd fərdi yaşayış evinin tikintisini reallaşdıracaq. Bununla bağlı “SAFARI” MMC ilə müqavilə bağlayıb. FHN-in məlum qurumu 11 evin inşasını 715 min manata ərəsyə gətirməyi planlaşdırıb.

FHN-in ikinci tenderini isə MaddiTexniki-Təchizat İdarəsi reallaşdırıb. Xüsusi vəzifəli daşıma vasitəsi üçün enerji bankları və hissələrinin satınalınmasından ibarət olan bu tender üzrə görüləcək işlər avtomobil təkərləri və akkumilyatorların alınmasından ibarətdir. “QAFQAZ AUTO” MMC ilə anlaşmaya əsasən FHN 948 min 664 manat dəyərində təkər və akkumilyator alacaq.

Tribunainfo.az-ın araşdırması nəticəsində məlum olub ki, son bir ildə “Saffari” MMC 5 tenderin qalibi olub. Əsasən təmir və tikintidən ibarət olan bu işlər üçün isə toplam 911 min 483 manatlıq sifariş alıb.

Araşdırmadan görünən odur ki, FHN-in digər tenderinin qalibi olmuş “QAFQAZ AUTO” isə yalnı FHN-in sifarişlərini yerinə yetirməklə məşğuldur. Belə ki, eyni adlı tender ötən ilin iyulunda da baş tutub. Xüsusi vəzifəli daşıma vasitəsi üçün enerji bankları və hissələri adlı tenderin qalibi olan sözügedən şirkət bunun müqavilində nazirlikdən 988 min 596 manat pul alıb. Yəni, ötən ilə nisbətdə bu il qiymət 40 min manat artıq olub.

Maraqlıdır ki, FHN-in Maddi Texniki-Təchizat İdarəsi hər il niyə akkumilyator alır? Həmçinin bunu avtomobil təkərləri üçün də demək mümkündür. Axı, normalda akkumilyatorların istismar müddəti iki ildən aşağı olmur. Təkərlər üçün isə bu müddət bir neçə ildən artıq sayılır. (Tribunainfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam