Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xırdalan şəhərində qanunsuz tikinti aparan Alişan kimdir? -VİDEO

post-img
Abşeron rayon Xırdalan şəhər AAAF yaşayışkompleksinin arxasında heç bir rəsmi icazəsi olmadan tikinti həyata keçirilir.
Yenixeber.org: Son günlər Abşeron rayonunda qanunsuz tikililərin sayı getdikcə artır. Rayon icra hakimiyyəti ilə anlaşan iş adamları və maklerlər qanunları heçə sayaraq "öz işlərini” rahat şəkildə həyata keçirirlər. 
AzFakt.com-a daxil olan məlumata görə belə qanunsuz tikililərdən biri də Abşeron rayon Xırdalan şəhər AAAF yaşayış kompleksinin arxasında həyata keçirilir. Belə ki, ərazini alan Alişan adlı şəxs ordakı evləri sökərək yerində tikintiyə başlayıb. Bildirilir ki, aparılan tikinti  Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur. Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə aidiyyatı qurumların rəsmi icazəsi olmaldır. Ancaq  Xırdalan şəhər AAAF yaşayış kompleksinin arxasında  aparılan tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur. Bu isə o anlama gəlir ki, tikinti üçün aidiyyatı qurumların rəsmi icazəsi yoxdur. 
Məlumata görə AAAF yaşayış kompleksinin arxasında aparılan tikintinin sahibi Alişan adlı şəxs Abşeron rayon İcra Hakimiyyəti ilə "anlaşıb". Bu belə olmasaydı Abşeron icra hakimiyyəti və aidiyyatı qurumlar olan Dövlət Şəhərsalma və Arxektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintiyə müdaxilə edərdi. 

Məsələ ilə bağlı araşdırmamız davam edir. 

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam