Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?/FOTOLAR+VİDEO

Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?  VİDEO/FOTO
Paytaxtın Nəsimi rayonunda qanunsuz tikinti zamanı səkini belə zəbt etdilər.
Yenixeber.org: Nəsimi rayonu Mirmahmud Kazımovski küçəsində iki mərtəbəli qanunsuz obyektin tikintisinə niyə icazə verirlib.? Qanunsuz tikintilərə “yaşıl işıq” yandıran dövlət qurumlarından biri də Nəsimi rayon icra hakimiyyətidir.
Sosial platformada və mətbuatda mütəmadi Nəsimi rayonu ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazimi tədbir görmür.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Nəsimi rayonu M. Kazımovski küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib.
Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.
Həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində heç bir açıqlama verilmədi.
Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.(xalq.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam