Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Respublika Diaqnostika Mərkəzində RÜSVAYÇILIQ -Xəstəni evə buraxmırlar

“Respublika Diaqnostika Mərkəzi”ndə baş maliyyə inzibatçısı - Təyin Edilib | FED.az

Respublika Diaqnostika Mərkəzində əməliyyat olunan xəstənin yaxınlarından 1700 AZN qan pulu tələb edirlər.

Yenixeber.org: Ödəniş edilmədiyi üçün xəstəni evə aparmağa icazə vermirlər.

Bu barədə Feysbukda jurnalist Ürfan Məmmədli yazıb. O bildirib ki, xəstəxana ilə ailə arasında öncədən hər şey danışılıb və bu ödəniş barədə heç bir məlumat verilməyib:

“Bir tanışım bu yaxınlarda Respublika Diaqnostika Mərkəzində ürək əməliyyatı olub. Xəstəxana əməliyyatın xərclərinin icbari sığorta ilə tam ödənişinə razılaşmayıb, 50/50 razılaşıblar.

Əməliyyatdan əvvəl icbarinin ödənişindən savayı, 3500 AZN tələb olunub, xəstə ödəniş edib və əməliyyat olunub. Bu gün xəstəni çıxarmağa gələn yaxınlarından isə 1700 AZN qan pulu tələb edirlər. Halbuki öncədən hər şey danışılıb və bu ödəniş barədə heç bir məlumat verilməyib.

Hazırda xəstəni Respublika Diaqnostika Mərkəzindən buraxmırlar”.

Ü.Məmmədli bildirib ki, ölkənin bir neçə tanınmış kardioloqları bundan əvvəl icbari sığorta ilə əməliyyata razılaşmayıb.

Qarşı tərəfin cavab haqqını tanıyırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam