Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Həkim xəstəni bu hala saldı-Dəhşətli FOTOLAR

image-1

Bakıda  estetik əməliyyat etdirmək istəyən qadın ağır xəstəliyə düçar olub.

Yenixeber.org: Bu barədə Bakı sakini Kamilə Zeynalova redaksiyamıza müraciət edib. Kamilə Zeynalova saytımıza bildirib ki, 2023-cü ilin oktyabrın 18-də Tik-Tok sosial şəbəkəsi üzərindən özünü cərrah- estetik kosmetoloq kimi təqdim edən Lalə Mirzəyeva ilə tanış oldum.

image-2

“Onun çalışdığı “Medihol” estetik klinikasına üz tutdum. Burada özünü həkim kimi təqdim edən Lalə Mirzəyeva məndən 1800 manata ödəniş etməyimin vacib olduğunu bildirdi. Bu ödənişi etdikdən sonra Lalə Mirzəyeva mənim gözəlləşməm üçün qaşlarımın qaldırılması üçün əməliyyat keçirtdi. Lalə Mirzəyeva məni aldadaraq həmdə üzgərmə əməliyyatı həyata keçirtdi. Bu əməliyyatdan sonra ağır xəstəliyə düçar oldum. Çünki əməliyyatın 5-günü üzümdə şişkinliyi başladı. Yenidən həmin klinikaya müraciət etdim və məlum oldu ki, özünü estetik cərrah kimi təqdim edən Lalə Mirzəyeva  məni əməliyyat edərkən tüpürcək vəzinin üçlü sinirini kəsib. Məhz bu səbədən mən ağır vəziyyətə düşmüşəm. Vəziyyətim ağır olduğu üçün başqa həkimə müraciət etdim və qismən sağlamlığıma qovuşdum. Amma Lalə Mirzəyevanın apardığı əməliyyatdan sonra məndə yenə ağır fəsadlar qalıb və bu fəsadların düzəlməsi mümkün deyil. Dəfələrlə Lalə Mirzəyeva və onun çalışdığı klinika ilə əlaqə saxlamağa  çalışsam da onlara günahı öz üzərlərində atdılar. Mənim kimi onlarla xəstə Lalə Mirzəyevanın qurbanına çevrilib. Bu gün Lalə Mirzəyeva yenə qanunsuz olaraq əməliyyatlar həyata keçirir. Bu günə qədər, nə Səhiyyə Nazirliyi, nə də TƏBİB bu xanımın qanunsuz fəaliyyətinin qarşısını almır. Mən zərərçəkən kimi Daxili İşlər Nazirliyinə və Səhiyyə Nazirliyinə müraciət etmişəm.”




Qeyd edək ki, xəstələrinin axtardığı Lalə Mirəzyeva indi də gözdən, könüldən uzaq bir məkanda binanın zirzəmisində özünə məkan açıb.(veteninfo.az)

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam