Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

60 həkim baş psixiatrdan nazirə şikayət etdi:"Aqressivlik edir..."/YENİLƏNDİ

60 həkim baş psixiatrdan nazirə şikayət etdi:
Azərbaycanda 60-a yaxın həkim psixiatr Respublikanın baş psixiatrı Teymur Qafarovdan səhiyyə naziri Teymur Musayevə şikayət edib. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, nazirə olunan şikayətdə bildirilib ki, Teymur Qafarov ölkənin baş psixiatrı olsa da, onun nə pandemiya, nə də müharibə dövründə fəaliyyətini görməyiblər. 
İddia olunub ki, sertifaksiya imtahanı üçün baş psixiatrın yanına gedən uzman psixiatr həkimlərə qarşı Teymur Qafarov çox aqressivlik nümayiş etdirib və kursdan keçmələrinə mane olub. 
Daha bir məlumata görə, həkim psixiatrların Teymur Musayevə şikayətindən sonra Səhiyyə Nazirliyi tərəfindən onların çalışdıqları klinikalarda yoxlamalar aparılır. 
      ***
Səhiyyə Nazirliyi məsələ ilə bağlı sorğumuza belə cavab verib:
"Sorğunuza cavab olaraq bildiririk ki, qeyd edilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə yalnız bir həkim psixiatr Əmrah Abdullayev tərəfindən şikayət daxil olub. Şikayət Səhiyyə Nazirliyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən ətraflı araşdırılıb və nəticə barədə şikayətçiyə cavab verilib. Şikayətçi verilən cavabdan narazı qalarsa müvafiq qaydada aidiyyəti qurumlara da müraciət etmək hüququndan istifadə edə bilər".(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam