Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

“Nar”dan Ümumdünya Kitab Gününə dəstək- FOTOLAR

  

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə verdiyi önəmlə seçilən “Nar” gənclər arasında kitab oxuma vərdişlərinin təşviqinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Mobil operatorun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə “Ədibin Evi”ndə keçirilən “Kitab necə ərsəyə gəlir?” mövzusundakı müzakirələrə dəstəyi də mütaliəyə marağın artırılması və ədəbiyyatla bağlı fəal dialoqun qurulması baxımından əhəmiyyətli olub. 

Yenixeber.org: 23 aprel tarixində baş tutan görüşdə yazıçı Aqşin Yenisey və ədəbiyyatşünas Qismət Rüstəmov gənc yazarlarla bir araya gəlib. Aqşin Yenisey hazırda üzərində işlədiyi neft mövzusuna həsr olunan kitab barədə ətraflı məlumat verib, onun yazılma prosesi, mövzu seçimi və məqsədi haqqında gənc yazarlarla fikir mübadiləsi aparıb. Qismət Rüstəmov isə müasir ədəbiyyatın gənclərlə ünsiyyətdəki rolu və aktual tendensiyalar barədə çıxış edib.

“Nar” bu təşəbbüslə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsinə, eləcə də ölkədə mütaliə mədəniyyətinin inkişafına töhfə verib. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam