Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xırdalanda xaçmazlı Zaur “at oynadır”: “Pulumu verib işimi görürəm”/FOTOLAR

Abşeron rayonunda yolun hərəkəti məhdudlaşdırılıb.

Yenixeber.org: Bu barədə redaksiyamıza məlumat verən əməkdaşlarımızın sözlərinə görə, Xırdalan şəhəri Abşeron Polis İdarəsi ilə üz-üzə inşa etdirilən hündür mərtəbəli yaşayış binasında aparılan işlər sakinlərin hərəkətinə mane olur.


Fotolardan da aydın görünür ki, işin aparılması qanuna ziddir və sanki belə də olmalıdır. Əfsüslər olsun ki, aidiyyəti qrumlar yolun maneəsiz hərəkəti üçün heç bir tədbir görmür.

Məsələ ilə bağlı əməkdaşlarımız ərazidə inşa edilən binanın icraçı direktoru ilə əlaqə saxlayıb. Özünü Xaçmazlı Zaur kimi qələmə verən şəxs bildirib ki, “pulumu verib işimi görürəm, ürəyiniz hara istəyir yaza bilərsiz”. Deməli, bu cür düşüncədə olan insanlar pul hesabına istənilən an vəziyyəti dəyişəcəyini düşünür.

Lakin sakinlərin narahatlığına səbəb olacaq və yaxud hər an istənilən bədbaxt hadisəni əvəz edəcək bir bəhanə ola bilməz. Qanun qarşısında hər birimiz bərabər hüquqlu olduğumuzu deyəsən Zaur bəy unudub. Ona görə də çox istərdik ki, əraziyə nəzarət edən orqanlar və qrumlar məsələni nəzarətə götürsünlər. Mövzü diqqətimizdədir.(dosye.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam