Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı- FOTOLAR

 

Sərfəlilik strategiyası ilə yanaşı, inklüzivlik və bərabər imkanların təşviqi istiqamətində fəaliyyətini davam etdirən “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün modelyer-dizayner peşəsi üzrə ikinci peşəkar təlim mərhələsinə start verib. Bu dəfə təlimlərdə 18-35 yaş aralığında 10 nəfər iştirak edir.

Yenixeber.org: Təlim proqramı iştirakçıların yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olmağı hədəfləyir. İştirakçılar modelyer-dizayner sahəsində praktik vərdişlər – parça seçimi, eskizlərin hazırlanması və tikiş prosesləri ilə yanaşı, nəzəri biliklər də əldə edəcəklər. Bu təlimlər onların gələcəkdə ixtisaslaşmış sahədə uğur qazanmaları üçün möhkəm baza yaradır.

Cəmiyyətdə bərabər imkanların yaradılmasını əsas məqsədlərindən biri kimi görən “Nar” inklüzivlik, təhsil və sosial dəstək istiqamətində layihələrə töhfəsini davam etdirir. Nitq və eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşmasını asanlaşdıran sosial təşəbbüslər isə “Nar” üçün önəmli istiqamətlərdən biridir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam