Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Azərlotereya“nın cəmi 118 min manatlıq sponsorluq oyunu... -İLGİNC FAKTLAR

bitmap-img6

“Misli” bütün reklam çarxlarında özünü Azərbaycan Premyer Liqasının baş sponsoru olraq təqdim edir. Bəs bu yekəxana reklamın arxasındakı cılızlıq nə boydadır?..
Yenixeber.org: Aprelin 11-də keçirilən AFFA-nın hesabat yığıncağında Azərbaycan futbolunun və mərc dünyasının bir çox gizlinləri ortaya çıxıb. 
Onlardan biri də AFFA-nın Premyer Liqaya sponsorların ayırdığı pullar barədə olan hesabat oldu. Açığı deyək ki, sponsarların ayırdığı vəsait sıralamasında baş sponsorun yeri o qədər gülməli və bir o qədər də ağlamalıydı ki, vəziyyəti tragikomediya belə adlandırmaq olmur. Bu tragikomediyadan da betər bir şeydi. Yəni betərin betəri...
İlk növbədə qeyd edək ki, hesabata görə Azərbaycan futbolunun əsas sponsoru SOCAR-dır. Yəni dövlət...
Digər əsas sponsorların içində liderlik “Azərmaş” ASC-yə aiddir. Əslində isə “Azərmaş”ı da tam olaraq özəl sektora aid etmək mümkün deyil. Çünki bu ASC dövlət dəstəkli layihədir.
Siyahı isə belədir:
Azərmaş - 5 milyon 723 min manat;
Bank Respublika - 2 milyon manat;
Azərlotereya - 118 min manat;
AZAL - 88 min 500 manat;
Xırdalan pivəsi - 59 min manat.
Siyahıya diqqət etdinizmi? Baş sponsor “Misli” və “Azərlotereya” cütlüyü Azərbaycan futboluna cəmi 118 min manat yardım edib. Yəni belə çıxır ki, böyük qonaqlıq masasında baş sponsor ancaq məzənin pulunu ödəyib. Və burda doğrudan bilmirsən ağlayasan, yoxsa, kefli İsgəndər kimi qəhqəhə çəkəsən...
Burda adamın ağlına gələn ilk məntiqli sual budur: Əgər Azərbaycan futbolunun əsas pul verəni SOCAR-dırsa, onda baş sponsor niyə SOCAR deyil? Ya da elə “Azmaş”? AFFA-da kimsə bu suala cavab verə bilərmi?
Yəni hansı məntiqlə Azərbaycan futboluna cəmi 118 min manat pul ayıran “Misli” Premyer Liqanın baş sponsorudur? Bir də bu sualın başqa ucu da var: Baş sponsor “Misli” hər il Azərbaycan futbolundan nə qədər qazanır və o pulları hara sərf edir? Şəffaflıq naminə “Misli” bu suala aydınlıq gətirə bilərmi? Ya da elə AFFA...
Belə çıxır ki, “Misli”nin rəmzi olaraq baş sponsor elan olunması AFFA-nın da işinə yarayır. AFFA böyükləri bu işdən mənfəəət əldə etmirlərsə, onda hansı məntiqlə Azərbayan futboluna maddi və texniki, hətta mənəvi dəstəyi olmayan, futbolun reklamından və mərclərdən milyonlar qazanan “Misli”ni baş sponsor elan ediblər?
Və “Misli”nin qazandığı milyonlar kimlərin cibinə axır?(poliqon)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam