Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Dairə sədridən QANUNSUZLUQ: Yasamalda parkın ərazisində mərasim və fərdi ev kimindir?- FOTOLAR

 

Yasamal rayonunda, daha dəqiq desək parkın ərazisində “Anım” xeyir şər evi qanunsuz tikilərək istifadəyə verilib.

Yenixeber.org: Ölkə başçısının sərəncamına əsasən ümumi istifadədə olan torpaq sahələrində heç bir tikinti aparıla bilməz. Ən azından həmən ərazi parka məxsüsdur.

Görünən odur ki, prezidentin sərəncamına ən çox etimadsızlıq göstərən elə məhv hakimiyyətdə təmsil olunan məmurlar və onların yaxınlarıdır. Əgər məmur dövlətin qanunlarına əməl etmirsə, sayğısızlıq göstərirsə təbii ki, sadə vətəndaşlar da onlardan nümünə götürüb eyni ilə bütün qanunlara məsuliyyətsiz yanaşacaq.

Dosye.org-a daxil olan məlumatlara görə, yuxarıda göstərilən və qanunsuz tikilib istifadəyə verən “Anım” mərasim evi 17 saylı Yasamal üçüncü Dairə Seçki Komissiyasının sədri Məmmədov Qədir Kərim oğluna məxsusdur.

Digər bir məlumatda vurğulanır ki, ümumi istifadədə olan torpaq sahəsində adı hallanan dairə sədri özünə fərdi ev də inşa etdirib. Gün ərzində məsələ ilə bağlı Q. Məmmədovla telefon əlaqəsi yaratmağa çalışdıq. Əfsuslar olsun ki, heç bir bağlantı qura bilmədik.

Bəli, din qaydalarına və adət-ənənələrə əsasən bütün hallarda mərasim evi olduqca vacibdir.

Bunun üçün qanunlar çərçivəsindən kənara çıxmamaq və qanuni torpaq sahəsində tikib istifadəyə vermək mümkündür. Lakin bəzi məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nə dövlətin qanunlarına, nə də sərəncamlara diqqətlə yanaşmırlar.

Əslində, bir az keçmişə nəzər yetirdikdə aydın olur ki, dəmir barmaqlar arasında ömürlərini sürən həmən məmurlarda eyni ilə prezidentin göstərişlərinə məhəl qoymur, qanunları kobud şəkildə pozurdular.(Dosye.org)

Araşdırmalarımız davam edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam