Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həm əhaliyə çirkli su verir -Xəzəri də çirkləndirir

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həm əhaliyə çirkli su verir, həm də Xəzəri çirkləndirir

Yenixeber.org: Dövlət Su Ehtiyatları Agentliyini, eyni zamanda, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini əhalinin ən çox şikayət etdiyi qurumlardan adlandırmaq doğru olardı. Buna əmin olmaq dövlət idarələrinin sosial media hesablarına diqqət yetirmək kifayətdir. Az qala heç vaxt müsbət rəy gözə dəymir. Abonentlər daim su qıtlığından, çirkli su verilməsindən şikayət edirlər. Su təsərrüfatına məsul qurumlar isə şikayətlərə ya gec reaksiya verirlər, ya da tamamilə laqeyd davranırlar. Bəzən eyni şikayətin aylarla yazıldığı, amma reaksiyasız qaldığı nəzərə çarpır.
Bizimyol.info xəbər verir ki, bu günlərdə sosial platformalarda İri Şəhərlərin Birləşmiş Su Təchizatının əhaliyə çirkli su verməsi ilə bağlı ardıcıl paylaşımlar diqqət çəkir. Sosial media istifadəçiləri ödənilən məbləğ müqabilində çox keyfiyyətsiz xidmətlə üzləşdiklərini yazırlar. Verilən su o qədər çirkli olur ki, hətta bunu pambıqla təmizləmək cəhdi də işə yaramır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı məsələyə aprelin 6-da münasibət bildirib. Açıqlamada deyilir ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.
Su təsərrüfatı həm də Xəzəri şirkləndirirmiş. Bu, rəsmi səviyyədə elan olunub. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edib. Dənizə axan sudan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu rəsmi təsdiqini tapıb.
Faktla bağlı akt və protokol tərtib edilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib. Üstəlik, nöqsanların aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb. (Bizimyol.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam