Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
Günün xəbəri

"Azəriqaz" əməkdaşlarının ehtiyatsızlığı səbəbindən EV YANIB? -İDDİA/VİDEO


"Azəriqaz" əməkdaşlarının ehtiyatsızlığı səbəbindən evin yandığı iddia edilir.

Yenixeber.org: Hadisə paytaxtın Binəqədi rayonu, Ağamirək İsfahani küçəsi, döngə 3 ünvanında baş verib. Həmin vaxt evdə 5 nəfər olub.

Ev sahibi Etimad İsmayılovun sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qaz xəttində olan sızıntını aradan qaldıran zaman anidən alovlanma baş verib.

Onun sözlərinə görə, hadisə zamanı anası yüngül xəsarət alıb. Yanğınla əlaqədar qurumun əməkdaşları bu gün ünvana baxış keçiriblər. Lakin verdikləri cavab ev sahibini qane etməyib.

Hadisə və dəymiş zərərin qarşılanması məsələsi ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

E.Vəliyev onu da qeyd edib ki, istintaq yekunlaşdıqdan sonra evin təmir-bərpası həyata keçiriləcək.(Xəzər TV)

Ətraflı süjetdə:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam