Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Genetik Ehtiyatlar İnstitutunda nə baş verir?- 60-70 illik ağacları kəsirlər… -FOTOFAKT

Genetik Ehtiyatlar İnstitutunda nə baş verir?- 60-70 illik ağacları kəsirlər… - FOTO

“Genetik Ehtiyatlar İnstitutundakı 60-70 illik ağacları kəsib yerində yarımstansiya tikirlər”.

Yenixeber.org: Belə bir iddia ilə Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yaşayan sakin Ramin Məmmədzadə saytımıza müraciət edib.  O bildirib ki, bu ilin fevral ayında 13 ağac kəsilərək məhv edilib:

“Biz sakinlər bunun qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin nümayəndələri həmin yerə gəldilər və  müdaxilə etdilər. Nəticədə ağacların kəsilməsi dayandırıldı.

İnstitutun həyətində dünəndən yenidən qazıntılara başlayıblar. “Azərişıq”ın nümayəndələri oraya gəlmişdilər. Biz sakinlər onlara bildirdik ki, yarımstansiya tikilirsə, bu yaşayış yerindən 500-1000 metr uzaqlıqda olmalıdır. Onlar isə bizi təkzib etdilər və dedilər ki, 10 metr uzaqlıq kifayətdir. Bəs bu stansiyanın şüasını nəzərə almırlar?  Bu stansiya Nərimanov, Nəsimi və Binəqədi rayonunu işıqla təmin edəcək. Amma yaxınlıqda yaşayan sakinlərin həyatı təhlükəyə atılır. Eyni zamanda ağacların məhv edilməsi ilə təbiətə ziyan vururlar”, -deyə R. Məmmədov bildirib. (musavat.com)

facebook sharing button

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam