Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısı Elşad Həsənov səkiləri belə satır-FOTOFAKT

Yasamalın başçısı səki satır-FOTO
Yasamal rayon sakinləri rayonda boş ərazilərin, səkilərin zəbt edilərək obyekt sahiblərinə satılmasından boğaza yığılıb. Sakinlər problemin Yasamal rayon İcra Hakimiyyətindən qaynaqlandığını və ərazilərin satılmasını İH-in acgözlüyü adlandırırlar.
Yenixeber.org: Bu barədə ictimai fəal Fimar Asimqızı yazıb. Dəfələrlə Yasamal rayonundakı qeyri-qanuni tikililəri, piyada səkilərinin zəbtini ictimailəşdirən ictimai fəal bu problemin Yasamal İH başçısının sözünün kəsəri olmamasından qaynaqlandığını bildirir:“Yeni Yasamalda ensiz səki bütünlükdə qanunsuz tikililərlə (əlimdə sənədlər də var) zəbt olunub. Səkini boşaltmağa, onu bazara çevirənlərə dövlət qurumlarının gücü çatmır. Bu bacarıqsızlıqdı, acgözlükdü, vicdansızlıqdı. Yeni Yasamalı sata-sata qazandığınız pullar burnunuzdan fitil-fitil gələcək”
Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovdur.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam