Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Nazirlik Əli Həsənova bağlı şirkətlə əməkdaşlığı dayandırıb? – TƏFƏRRÜAT


Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Pressinform” MMC (VÖEN- 1500784131) olub.
Yenixeber.org: “Pressinform” MMC Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsinə 70 min ədəd “Azərbaycan Müəllimi” qəzeti satacaq.
“Pressinform” nazirliyin regional idarələrinə satdığı 70 min ədəd qəzet üçün 63 min manat alacaq. Rəqəmlərdən də göründüyü kimi 1 ədəd qəzetin qiyməti 90 qəpik təşkil edəcək.
Məlumat üçün bildirək ki, “Azərbaycan Müəllimi” qəzeti həftədə bir dəfə – şənbə günlər çap olunur. Qəzetin 1 mart 2025-ci il tarixli sonuncu sayında göstərilir ki, qəzetin tirajı 440, sifariş isə 467 ədəd olub. 12 səhifədən ibarət qəzetin satış qiyməti isə qeyd olunmayıb.
Qeyd edək ki, hazırda ölkədə satılan qəzetlərin əksəriyyəti 16 səhifə ilə çap olunur və orta qiyməti 58 qəpik təşkil edir.
“Dövlət Satınalmaları Haqqında “Qanunun 19-cu maddəsində göstərilir ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. 16 səhifəlik qəzetlərin orta pərakəndə satış qiyməti 58 qəpik olduğu halda, 12 səhifəlik qəzetin 1 ədədinin 90 qəpiyə satılması Qanunun qeyd olunan tələbinə uyğun gəlmir.
Xatırladaq ki, ötən il Abşeron-Xızı Regional Təhsil İdarəsinə satılan 70 min ədəd “Azərbaycan Müəllimi” qəzeti üçün nazirlik “Azərmətbuatyayımı” ASC-yə (VÖEN-1500515761) builkindən daha çox – 70 min manat (1 ədəd 1 manat) ödəyib.
Ümumiyyətlə, ötən il nazirliyin “Azərbaycan Müəllimi” qəzeti ilə bağlı bütün tenderlərində “Azərmətbuatyayımı” ASC qalib olub. Bu il ilk dəfə olaraq nazirliyin tenderində başqa bir şirkət qalib olur.
Onu da bildirək ki, “Azərmətbuatyayımı” ASC Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətdir.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam