Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Saatlı Xəstəxanasında nə baş verir? -ŞİKAYƏT

Saatlı rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovun qanun pozuntularına yol verdiyi iddia olunur.
Yenixeber.org: Bu barədə xəstəxananın hüquqşünası Habil Ağayev məlumat verib.
“Saatlı Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədovla bir yerdə 3 ildir işləsək də, daim mənə təzyiq edir. Müəssisədə baş verən qanun pozuntuları ilə bağlı dəfələrlə etdiyim müraciətlərə cavab vermir”, - deyə hüquqşünas bildirib.

Şikayətçi iddia edir ki, baş direktor əmək intizamını ciddi şəkildə pozur:

“İş saatı 09.00-da başlasa da, o, saat 10.00-dan tez işə gəlmir. Müəssisədə əmək qanunvericiliyinə əməl olunmur. Çox zaman da Pərvin Məmmədov işçiləri  qanunları pozmağa vadar edir. Onun dediklərinə əməl etməyənlərə isə psixoloji təsir göstərir, şərləyir. Onun haqsızlığı ilə üzləşənlərdən biri də mənəm. Əsassız yerə mənə töhmət verib. Üstəlik, Saatlı rayon Məhkəməsinə də şərəf və ləyaqətinə, işgüzar nüfuza “xələl gətirdiyimə” görə məni məhkəməyə verib.
O heç bir şikayətçini qəbul etmir. İş otağı əla vəziyyətdə olsa da, xəstəxananın vəsaitindən 20 min manatdan yuxarı vəsait xərcləyərək onu yüksək səviyyədə təmir etdirib. Giriş qapısı işcilərdən yığılan pul hesabına təmir edilib”.

Şikayətçinin sözlərinə görə, baş direktor vəzifə səlahiyyətlərini aşaraq qanunsuz işlər görür:

“Əmr, sərəncam və digər hüquqi sənədlər məndən gizlədilir. Bunun da obyektiv səbəbləri var. 200-dən yuxarı insanı işə götürüb, lakin hüquqşünasın dərkənarı yoxdur. Maliyyə, alqı-satqı müqavilələri hüquqşünasla razılaşdırılmadan həyata keçirilir. Özü üçün ayrıca giriş qapısı qoydurub və müşahidə kamerası ilə təchiz edilib. Halbuki, qaydaya görə kamera təhlükəsizlik bölməsinin rəisinin otağında olmalıdır. Baş verən qanunsuzluğa səsimi qaldıranda da deyir ki, “göz yum, maaşını al”.
Habil Ağayev məsələ ilə bağlı TƏBİB-ə müraciət etdiyini, lakin heç bir tədbir görülmədiyini bildirib.

Sözügedən iddialarla bağlı Pərvin Məmmədovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb. (Azerbaycanreallığı)
Mövzunu diqqətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam