Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində nöqsanlar aşkarlandı

 

Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq quruma müraciət ünvanlanıb.
Yenixeber.org xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatı məlumat yayıb. 

Qeyd edilib ki, mərkəzdə monitorinqlər ombudsman Səbinə Əliyevanın tapşırığı ilə “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupu tərəfindən aparılıb.

Qeyd edilib ki, İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunları əsasında təşkil olunmuş monitorinqinin məqsədi bu müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması, eyni zamanda, müəssisənin fəaliyyəti ilə yaxından tanışlıq olub.
Cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilməyən və polis nəzarətində olan, müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin, həmçinin cinayət işləri üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin həmin Mərkəzdə psixiatrik ekspertizaya cəlb edilməsi zamanı qanunvericiliyin tələbləri ilə müəyyən edilmiş hüquqlarının təmini məsələləri öyrənilib.
İşçi qrupun həkim üzvünün də iştirak etdiyi monitorinq zamanı Mərkəzin ambulator və stasionar şöbələrinə, inzibati binasına, komissiya, konvoy və polis post otaqlarına baxış keçirilib.
Monitorinq zamanı kamera tipli palatalarda saxlanılan şəxslərlə konfidensial söhbətlər aparılıb, qidalanma, gəzinti, sovqat qəbulu ilə bağlı müvafiq hüquqların təmini vəziyyəti araşdırılıb.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri Mərkəz rəhbərliyinə təqdim edilib, ölkə qanunvericiliyində və beynəlxalq sənədlərdə əks olunmuş müvafiq tələblər diqqətə çatdırılıb, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki ,Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Baş Direktoru  Tural  Rzayevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam