Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Vidadi İsayevin "qoçusu" Bərdədə "qan uddurur" -VIDEO

Bərdə şəhər Mənzil Kommunal Təsərrüfatının, el arasında "JEK" kimi qəbul edilən idarənin rəis müavini İldırım Quliyev adına yaraşmayan hərəkətləri ilə ad çıxarıb.

Yenixeber.org: Redaksiyamıza məlumat verir ki, rəis müavini İldırım Quliyev "ildırım" kimi çaxmağı əsasən qadınların üstünə bacarır. Necə deyərlər, sözün əsl mənasında gücünü arvadlara göstərir. "Axırıncı aşırım" filmində Qəmlo obrazını qismən xatırladan İldırım Quliyev işçiləri təhqir edir, nalayiq ifadələr işlədir, onlarla kobud danışır. Sanki Bərdədə odur, Bağdadda kor xəlifə...
Onun özünü necə aparmasını sübut edən görüntülərdən biri sosial şəbəkələrdə yayılıb. İldırım Quliyev söyüşlə, qışqıraraq danışır, özünü yekəxana aparır. Görən də deyər ki, Həsən ağanın qohumudur. Amma bu video bir nümunədir. Verilən məlumatlara görə, İldırım Quliyev "JEK" rəisinin müavini olaraq əksər işçilərə münasibətdə belə qaba, ağzı söyüşlüdür. Ona bu ixtiyarı Bərdə şəhər icra başçısı Vidadi İsayevin verdiyi iddia olunur. İcra başçısının "sağ əli" kimi tanınan İldırım Quliyev ona güvənərək hamıya rüzgar əsdirir, hamını aşağılayır, hədələyir. Sanki İldırım Quliyev böyük vəzifə sahibidir. Yaxşı ki, daha yüksək postda deyil. Hələ "JEK"də rəis müavinidir və belə göylə gedir, rayona rəhbərlik etsəydi, nə olardı?! Ona görə də artıq bu şəxsi durdurmaq üçün Bərdədən müraciətlər edilməkdədir. Ondan şikayətçi olan kollektiv və yerli camaat icra başçısının harınlamış adamının" qaz"ının alınmasını istəyirlər. Bu məqsədlə Prezident Administrasiyasının Bərdə üzrə kuratoruna, regionlarla iş üzrə şöbə müdirinə müraciət edilib. Bildirilir ki, bu şəxs barəsində ölçü götürülməli və İsayevin "sağ əli" kəsilməlidir...(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam