Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Sabiq nazir müavini kosmetoloqlara "krişalıq" edir? -İLGİNC

Yenixeber.org: Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bir sual maraqlıdır.   

             Canını kimə etibar etsinlər?

AR-sı qanunlarına görə, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

Xəbərimizə səbəbsiz belə başlamadıq. Belə ki, keçmiş nazir müavini Natiq Məmmədov yığdığı pullarla özünə klinika açıb. Klinka da nə klinika. Deməli, Azərbaycanda bir çox kosmetoloq adı altında çalışan xanımlar məs "N-Laz"-ın "krişası" altında fəaliyyət göstərir.  

Olayı bir az da sadələşdirsək belə demək olar kı, məsələn siz kosmetoloq olmaq istəyirsiniz, amma tibb sahəsində heç bir biliyiniz yoxdur. Amma gözəl və nəğd pulunuz varsa, keçmiş nazir müavini sizə rahat şərait yarada bilər.  

Son vaxtlar Səhiyyə Nazirliyi və müvafiq hüquq mühafizə orqanları analoji məsələ ilə bağlı böyük əməliyyatlat keçirsə də, bəzi rəhbərlər hələ də qanunları görməzdən gəlir. 

Əməkdaşımız "N-Laz" klinikası ilə bağlı bir az araşdırma aparmaq istəyəndə, Natiq Məmmədovun  yeznəsi Zülfiqar Fərəcovun həmin klinikada direktor, bacısı Şeyda Fərəcovanın isə təsisçi olduğunu öyrəndi.   

Əldə etdiyimiz digər xəbərə görə, son olaraq klinikanın təsisçisi Şeyda Fərəcova kosmetoloq adı altında Aytən Bağırovanı klinkaya gətirərək, qanuna zidd şəkildə onun fəaliyyətini təşkil edib. 

Onu da qeyd edək ki, özünü həkim təqdim edən Aytən Bağırova kimi bir sıra xanımlar da "N-Laz"-da "həkimlik fəaliyyəti göstərir.(Azerbaycanreallığı) 

Yazıda adı çəkilən şəxslərin də mövqeyin işıqlandırmağa hazırıq. 

Mövzunu diqqətdə saxlayarıq! 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam