Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Nazir yarım milyonluq avtomobil idarə edir, mənə isə 265 manat əmək haqqını çox gördü” – RƏŞAD NƏBİYEVLƏ BAĞLI SENSASİON İDDİALAR /FOTO

“Nazir yarım milyonluq avtomobil idarə edir, mənə isə 265 manat əmək haqqını çox gördü” – RƏŞAD NƏBİYEVLƏ BAĞLI SENSASİON İDDİALAR / FOTO

Biləsuvar rayon sakini Ağayev İdrak Ağabəy oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeber.org: Şikayətçi Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və qohumu Dadaşov Natiq Dadaş oğlunun qanunsuz əməlləri ilə bağlı yazır:

“Mən, Ağayev İdrak Ağabəy oğlu, yazaraq bildirirəm ki, uzun illərdir nəqliyyat sahəsində işləyirəm. Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev vəzifəyə gələndən sonra idarəmizə - "Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili" MMC-yə direktor vəzifəsinə onun yaxın qohumu Sumqayıt şəhər sakini Dadaşov Natiq Dadaş oğlu göndərildi.

4 ay sonra yeni direktor Dadaşov Natiq mənim əmək müqaviləmə xitam verdi. Bununla bağlı nazir Rəşad Nəbiyevin qəbulunda  oldum və ona hər şeyi olduğu kimi danışdım.

Lakin 2 ildir haqqıma girərək, ailəmi çarəsiz vəziyyətdə qoyublar. Bu hadisədən sonra yaşamaq üçün xarici dövlətlərə müraciət etmişik.

Qeyd edim ki, nazir Rəşad Nəbiyev 90 AA 414 nömrə nişanlı son model G class Mercedess-benz idarə edir. Onun qiyməti 500 min manat dəyərindədir. Yarım millyonluq avtomobil hansı pullarla alınıb, bu, araşdırılmalıdır.

Mənim əmək haqqım 265 manat idi, onu da mənə çox gördülər.

Bu məmur və qohumu açıq şəkildə nazirliyi talan ediblər.

Cənab Prezident televiziya vasitəsilə dəfələrlə “dövlət məmurları təvəzökar və sadə olmalıdır” deyir. Mənim övladlarım 2 ildir ac qalıb. Milyonluq maşın sürən məmur mənim 265 manat dəyərində maaşıma göz dikib. Nazirliyi dost, tanış, tələbə yoldaşları və qohumları ilə doldurub, dövlət büdəcisni talan edirlər.

Onu da deyim ki, nazirin əmisi oğlu Biləsuvar rayonunda “internet kabelləri” satır. 

Sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, qeyd etdiyim məsələlərlə bağlı araşdırma aparılsın. Sözsüz ki, belə məmurlara vətəndaşları dövlətdən, hakimiyyətdən narazı salır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat verilib. Qurumun rəsmi mövqeyini dərc etməyə çalışacağıq.

Jalə FAMİLQIZI, (Hurriyyet)

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

facebook sharing button

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam