Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hüquq müdafiəçisi SOCAR-ın kadr siyasətini ifşa etdi

Hüquq müdafiəçisi SOCAR-ın kadr siyasəti fırıldağından yazdı

SOCAR-n kadr siyasətində tədbiq etdiyi üsullardan biri də rəhbərini dəyişmək istədiyi strukturlarına müavin, müşavir adı ilə öz kadrını göndərib sonra astaca yerdəyişmə etməsidir.

Yenixeber.org: Bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb. Hüquq müdafiəçisi bunları bildirib:

“”Neftqazelmitədqiqatlayihə” institutunun direktoru İsmayılov Fəxrəddin 21.10.2024 tarixində tutduğu vəzifəsindən azad olunub. Neftin nəqli üzrə direktor muavini Mübariz Quliyev müvəqqəti olaraq oktyabrdan direktorun vəzifəsini icra edir. Oktyabr ayından da direktorun kabinetində, onun kreslosunda SOCAR vitse-prezidenti Babək Hüseynovun müavini Anar Əliyev əyləşir. Direktorun qəbul otağındakı katibə və köməkçi də Anar Əliyevin birbaşa xidmətindədirlər. Anar Əliyev həm Ümid Babək ƏŞ direktor müavini, həm vitse-prezident Babək Hüseynovun müavinidir, həm də “NİPİ” MMC-yə qeyri-rəsmi rəhbərlik edirdi. Nəhayət ki, “NİPİ” MMC-nin bazasında “SOCAR PROJECT AND ENGINEERING Center” (SOCAR layihə və Mühəndislik Mərkəzi) yaradıldı və Anar Əliyev ora rəhbər təyin olunub. Bu halda, axır ki, cənab Anar Əliyev üçuncü vəzifəni də tutdu.
Düşünürəm ki, Anar Əliyevin İnstitut direktoruna məxsus kabinetdən çıxmağa tələsməməsi, institut strukturuna daxil olan bir çox şöbələrin “SOCAR Layihə və Mühəndis Mərkəzinə” veriləcəyi ehtimalı yaradır. Və yeni yaradılan bu quruma da UBOC-dan işçi gətiriləcək?!”.

M.Qəhrəmanlı qeyd edib ki, Mərkəzin adı Azərbaycan Respublikasının Dövlət Dili haqqında qanuna zidd olaraq rəsmi sənədlərdə ingilis dilində (SPEC )yazılıb.

“Cavabını ala bilmədiyim sualım ətrafında yenə fikirləşirəm: Bilmək istərdim SOCAR-da iki, bəzən də üç vəzifə tutan vəzifə sahibləri hər vəzifəyə görə əmək haqqı və həm də peşəkarlıq ödənişi alır?”, deyə – hüquq müdafiəçisi əlavə edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam