Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hökməli Bələdiyyəsində dələduzluq iddiası:"Tənha ananın haqqsızlıqla üzləşməsi"

Hökməli bələdiyyəsində tənha iki övlad böyüdən bir ananın torpaq alqı-satqısı ilə bağlı ciddi problemlərlə üzləşdiyi iddia edilir. Onun sözlərinə görə, Hökməli bələdiyyə sədrinin müavini Zamin, qardaşı Elnur və bir sıra şəxslər tərəfindən aldadılıb.

Yenixeber.org: Şikayətçinin bildirdiyinə görə, həmin şəxslər ondan müəyyən məbləğdə pul alaraq, notarial qaydada şübhəli podratçı müqaviləsi bağlatdırıblar. Maraqlıdır ki, bu müqavilədə adı keçən podratçı şəxs guya qazi kimi təqdim edilsə də, əldə etdiyimiz məlumata görə, belə bir şəxs ümumiyyətlə ortada yoxdur.
Bundan sonra isə şikayətçi torpağın bələdiyyə sənədinin verilməsini tələb etsə də, ona heç bir rəsmi sənəd təqdim olunmayıb. Əksinə, xəbəri olmadan Hökməli bələdiyyəsində torpaq vergisi ödəyicisi siyahısına əlavə edilib. Halbuki həmin torpaq sahəsi nə onun istifadəsinə verilib, nə də hər hansı hüquqi sənədlə ona məxsus olduğu təsdiqlənib.
Məsələ ilə bağlı qadın ölkənin Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət edib. Baş Prokurorluq işi araşdırılması üçün Abşeron rayon prokurorluğuna yönləndirib. Daha sonra Abşeron rayon prokuroru araşdırmaların aparılması məqsədilə Abşeron Rayon Polis İdarəsinin təhqiqat bölməsinə göstəriş verib.
Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Şikayətçi isə haqqını tələb edərək, hüquqlarının bərpa olunmasını və dələduzluq yolu ilə alınan vəsaitin geri qaytarılmasını istəyir.
Hadisə ilə bağlı daha ətraflı məlumat almaq üçün müvafiq dövlət qurumlarının açıqlamaları gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam