Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? -İDDİA

 

“Azərbaycan mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün xarici KİV-lərin ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib”. 

Yenixeber.org xəbər verir ki, bu barədə Caliber.Az məlumat yayıb.

Bildirilib ki, bu düzəlişlər əsasən “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” nəşrinə, eləcə də “BBC”yə (“BBC News Azərbaycanca”) təsir edəcək.

Belə ki, Azərbaycan və Rusiyanın dövlət xəbər agentliklərinin Rusiya və Azərbaycanda təmsilçiliyində mövcud uyğunsuzluğu aradan qaldırmaq üçün müvafiq olaraq, “Azərtac”ın Rusiyadakı müxbirləri qədər “Rossiya seqodnya”nın müxbirləri də ölkəmizdə işləyəcək.

Qeyd edək ki, “Rossiya seqodnya”nın Bakı bölməsinin işinə 40-a yaxın şəxs cəlb olunub. Filialın özünün isə ləğvi gözlənilir - “Rossiya seqodnya” Azərbaycanda işini bir müxbirlə davam etdirəcək və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətləri arasında KİV müxbirlərinin statusu haqqında 9 yanvar 2001-ci il tarixli sazişə uyğun olaraq tənzimlənəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam